Qadınları hökmran olan tuareqlər FOTO
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Tuareqlər Əlcəzair, Mali, Nigeriya arasındakı geniş bölgədə məskən salan ən çoxsaylı, döyüşkən, eyni zamanda matriarxat xaldırlar. Burada qadın həyatda aparıcı qüvvə olduğu kimi, son söz də onundur. Qəbilədə bütün əsas işlərini zərif cinsdən olanlar görür, dünyaya gələn uşaqlar da ananın soyadını daşıyır. Ailə həyatı qurmağa gələndə nikah qızların istəyi əsasında olur. Daha bir maraqlı cəhət odur ki, oğlan tuareq qızla evlənmək istəyəndə mütləq ona sevgi şeiri həsr etməlidir. Şeir xanımın xoşuna gəlsə, oğlana ərə getməyə razılıq verir. Şeirsiz subaylığın daşını atmaq burada qeyri-mümkündür.
İndi bəziləri elə düşünərlər ki, tuareqli kişilər arvadan qorxaqdırlar. Əksinə, onlar bütün Afrikada ən cəsur, amansız, döyüşkən insan olaraq yaxşı ad qoymuşlar. Matriarxat isə bu xalq üçün ululardan qalma adətdir, ona əməl etməyi müqəddəslik sayırlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı:96
Bu xəbər 09 İyun 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















