Icma.az
close
up
RU
Qadınların səbr kasası dolub: Amma bu, ona əsas vermir ki, kimisə öldürsün RƏY

Qadınların səbr kasası dolub: Amma bu, ona əsas vermir ki, kimisə öldürsün RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.



Psixoloq Sevinc Baxışova “Sherg.az”a söyləyib ki, ailədaxili qətl baş verib deyərkən ağıllara ilk növbədə kişilər tərəfindən törədilməsi ehtimal olunan cinayətlər gəlir:


“Lakin son vaxtlar ailə daxilində törədilmiş cinayət hadisələrində təkcə kişilərin deyil, qadınların da iştirak etməsi barədə müxtəlif məlumatlara rast gəlirik. Etiraf etməliyik ki,artıq bucür hadisələrin sayı artıb. Artıq qadınların səbr kasası dolub... Qadın cinayətləri ilə bağlı məsələyə gəldikdə isə, düşünürəm ki, bu cinayətlərin araşdırılmasında müəyyən bir fərqli yanaşma ortaya qoymaq lazımdır. Məsələn, araşdırmaq lazımdır ki, hadisəyə qədər qadın neçə dəfə polisə müraciət edib. Yəni hansı vəziyyət yaranıb ki, qadın bu cinayəti törədib. Əksər hallarda bu hadisələr ailə münaqişəsi zəminində baş verir. Azərbaycanda qadının adam öldürməsi çox təsadüfi hallarda baş verirdisə, indi əksi olub. Qadınların özünümüdafiə mexanizminə ehtiyacı olanda, cinayət baş verə bilər. Amma, bu, ona əsas vermir ki, qadın kimisə öldürsün. İndi hər kəsin əlində mobil telefon və sosial şəbəkələrdən istifadə etmək fürsəti var. Onlardan istifadə edərək problemlərini işıqlandıra, səslərini duyura bilərlər. Ümumiyyətlə məişət zorakılığı ilə bağlı qurumlararası əlaqə zəifdir.  Hər hansı zorakılıq izi yoxdursa, məsələ təqib olunmur. Deyilənə görə, bu maddələrlə bağlı təkliflər var, amma heç kim tələsmir.  Bunlar qadınların təhlükəsizliyini təmin etmək üçün vacibdir. Lakin hələ ki vahid formalaşdırılmış norma yoxdur”. 


Psixoloq-konsultant Zeynəb Əyyubova isə bildirib ki,son zamanlar ailə münaqişələrinin şiddətə çevrilməsi halları artmaqdadır:


“Xüsusilə qadınların zorakı davranışa yönəlməsi bir çox sosial, psixoloji və emosional səbəblərdən qaynaqlanır.

Məsələn, uzunmüddətli psixoloji və fiziki zorakılıq: Bir çox halda qadınlar davamlı zorakılıq gördükləri zaman özlərini müdafiə etmək üçün belə addımlara əl atırlar. Bu davranış, illərlə yığılan emosional gərginliyin partlayışıdır.

Digər tərəfdən ailə üzvləri arasında effektiv ünsiyyətin olmaması də problemlərin həll edilməsini çətinləşdirir və münaqişələri daha da kəskinləşdirir. Sosial təzyiqlər, maddi çətinliklər, ailə daxilindəki münasibətlərin soyuqluğu isə qadınlarda emosional yüklənməyə səbəb olur. Həmçinin Cəmiyyətin bəzi hissələrində qadınların problemləri ilə bağlı dəstək alması məhduddur. Onlar özlərini çıxılmaz vəziyyətdə hiss edirlər".


Ekspert əlavə edib ki, qadınlara zorakılıq vəziyyətlərində necə davranmalı olduqlarını öyrətmək üçün maarifləndirici proqramlar həyata keçirilməlidir:

"Psixoloji mərkəzlərə müraciət imkanı genişləndirilməli, pulsuz dəstək proqramları artırılmalıdır. Problemlərin yaranmasının kökündə ünsiyyət çatışmazlığı durur. Ailə üzvlərinin münaqişələri sülh yolu ilə həll edə bilməsi üçün ailə terapiyası önəmlidir. Dövlət və cəmiyyət zorakılığa qarşı sərt yanaşmalı, qadınların hüquqlarını qoruyan qanunlar daha effektiv şəkildə tətbiq edilməlidir. Qadınlar emosiyalarını və problemlərini necə idarə edə biləcəklərini öyrənməlidirlər. İdman, meditasiya, yaradıcılıq kimi metodlar stresin idarə edilməsinə kömək edə bilər. Belə hadisələrin qarşısını almaq üçün cəmiyyətin hər bir üzvü üzərinə düşən məsuliyyəti dərk etməlidir. Qadınlar zorakılığın həlli kimi fiziki gücə deyil, sosial dəstək və dialoqa yönləndirilməlidirlər. Bu məsələdə həm fərdi yanaşma, həm də cəmiyyətin ümumi dəstəyi vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri