Icma.az
close
up
RU
Qafqaz dağlarında 3300 yaşı olan qala tapılıb

Qafqaz dağlarında 3300 yaşı olan qala tapılıb

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Qafqaz dağlarının cənub yamacında ölçüsü və memarlıq mürəkkəbliyi ilə diqqət cəlb edən Tunc dövrünə aid qala tapılıb. Tədqiqatçıların fikrincə, bu tapıntının təqribən 3300 yaşı var və onun inşaatçıları yüksək texnoloji baxımdan öz dövrlərini açıq şəkildə daha çox qabaqlayıblar.
Reyting.az
-ın məlumatına görə, bu adsız qala 1200 metrdən də hündürdə yerləşir ki, bu da onu tamamilə keçilməz edib.
Tədqiqatçılar bildirirlər ki, qala dövründə xarici təhlükələrdən, qəfil hücumlardan qorunmaq məqsədilə tikilib və bu bölgənin qədim əhalisi üçün mühüm dayaq rolunu oynayıb.
"Bizi qala tikintisi prosesləri zamanı daha çox mühəndis həllərinin səviyyəsi, üstəlik, ustaların yüksək peşəkarlığı heyrətləndirdi", - söyləyən arxeoloqlar belə bir qala gördüklərinə inanmadıqlarını və bu cür istehkam qalanın ancaq son dövr, müasir texnologiya vasitəsilə tikilə biləcəyini açıqlayıblar.
Qalanın hündürlüyü 10 metrə çatır və hər tərəfi daşlarla möhkəmləndirilib. Bundan əlavə, qalanın içərisində tikili qalıqları aşkar edilib. Elm adamlarının ehtimalına görə, onlardan çox güman təchizat saxlamaq və böyük qoşun yerləşdirmək üçün istifadə olunub.
Obyektin sirrlərindən biri də onun beləcə qəfildən unudulmasıdır. Arxeoloqlar təbii fəlakətlər və yaxud da siyasi dəyişikliklər nəticəsində qalanın sakinləri tərəfindən tərk edildiyini də istisna etmirlər. Ancaq buna baxmayaraq, o, heyrətamiz şəkildə yaxşı qorunub saxlanılıb ki, bu da o dövrlərin tikinti texnologiyalarını ətraflı öyrənməyə imkan verir.
Alimlər bildirir ki, bu yeni kəşf Cənubi Qafqazın qədim sivilizasiyaların kəsişmə nöqtəsi kimi əhəmiyyətini vurğulayır. Bu cür tapıntılar bölgənin tarixini daha yaxşı anlamağa kömək edir və qədim Tunc dövrü mədəniyyətinin necə inkişaf etdiyini göstərir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri