Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Qahirədə Şuşaya həsr olunmuş musiqi gecəsi

Qahirədə Şuşaya həsr olunmuş musiqi gecəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəstəkar Tofiq Bakıxanovun əsərləri ərəb ölkələrində də maraqla qarşılanır və sevilir

Bir neçə gün əvvəl Qahirədəki  Misir – Britaniya Universitetində bu dost ərəb ölkəsinin  dövlət və ictimai xadimlərinin, diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Azərbaycan klassik musiqisi gecəsi keçirilib. Ölkəmizin Misirdəki səfirliyinin  universitetlə birgə təşkil etdiyi tədbirdə musiqi incilərimiz Misir Filarmoniya Cəmiyyətinin orkestri tərəfindən təqdim olunub.

Misir – Britaniya Universitetinin rektoru, professor Məhəmməd Lutfi bu mədəniyyət  tədbirinin  onun rəhbərlik etdiyi elm – təhsil müəssisəsində   keçirildiyindən məmnunluğunu ifadə edib. Rektor bir neçə gün öncə Misir – Britaniya Universitetinin ADA Universiteti ilə birlikdə Bakıda COP29 tədbirində iştirak etdiyini məmnunluqla yada salıb. 

Ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxış edərək deyib ki, konsert Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Azərbaycanın COP29-a ev sahibliyi etməsinə həsr olunub. Diplomat əlavə edib ki, bugünkü konsertdə əsərləri ifa olunan Azərbaycan bəstəkarlarından  ancaq biri indi də yaşayıb-yaradır:” O,   Xalq artisti, “Şərəf” ordenli, professor Tofiq Bakıxanovdur. Qocaman bəstəkar bugünkü tədbirimizdə də iştirak edir.  Tofiq Bakıxanov milli bəstəkarlıq ənənələrimizi böyük məsuliyyət və uğurla davam etdirir”. 

Azərbaycanla Misir arasında əlaqələrin ildən-ilə genişləndiyini bildirən diplomat, bu il ölkəmizin Qahirədə səfirliyinin açılmasının 30 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, münasibətlərin bu səviyyəyə çatması iki ölkənin siyasi liderlərinin müdrik rəhbərliyi sayəsində mümkün olub. Səfir diqqətə çatdırıb ki, ən yüksək səviyyədə qarşılıqlı səfərlər, tələbə mübadiləsi, konsertlər, sərgilərin təşkili, habelə biznes və idman sahələrində əməkdaşlıq – bütün bunlar Azərbaycan və Misirin yaxın tərəfdaşlar və dostlar olduğunu bir daha göstərir. 

Konsertdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik əsərindən parçalar, Tofiq Bakıxanovun violonçel və simfonik orkestr üçün konserti, Fikrət Əmirovun “Şur” simfonik muğamı səslənib. Tamaşaçıların böyük marağına səbəb olan tədbir  yerli mətbuat tərəfindən layiqincə  işıqlandırılıb.

Xatırladaq ki,  ötən ilin noyabrında da Qahirədə Azərbaycan musiqilərindən ibarət möhtəşəm konsert təşkil edilmişdi. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş klassik musiqi konsertinin təşkilatçıları   Azərbaycanın Misirdəki səfirliyi, Misirin Mədəniyyət Nazirliyi və Qahirə Opera evi  idi.

Həmin konsertdə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Misirin görkəmli musiqiçisi Əhməd Əl Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellası görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı”, Tofiq Bakıxanovun “Xeyir və şər” baletindən vals əsərlərini ifa etmişdilər. 

Yeri gəlmişkən, Tofiq Bakıxanovun ərəb xalq musiqisi əsasında yazdığı “Yeddi saylı sonata” təkcə Misirdə deyil, digər ərəb ölkələrində də maraqla qarşılanır və sevilir. 

İ.QAÇAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri