“Qalatasaray” 20 yaşlı milli ulduzla anlaşdı
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Transfer hazırlıqlarını davam etdirən İstanbulun “Qalatasaray” klubu Türkiyə millisinin gənc futbolçusu Can Uzunun keçidində mühüm irəliləyiş əldə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İstanbul təmsilçisinin futbolçu və ailəsi ilə ilkin razılığa gəldiyi açıqlanıb. Hazırda sarı-qırmızılıların rəhbərliyi oyunçunun klubu “Ayntraxt Frankfurt”la danışıqlar aparır.
Bildirilir ki, Almaniya klubu Can Uzunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma bəndini gündəmə gətirsə də, tərəflər ortaq məxrəcə gəlmək üçün danışıqları davam etdirirlər. İddialara görə, 20 yaşlı yarımmüdafiəçi də Dünya Çempionatından sonra klubundan transfer prosesində jest etməsini istəyəcək. Klublar arasında razılıq əldə olunacağı təqdirdə, transferin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 22 İyun 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















