Qalatasaray Başakşəhər i məğlub edərək liderliyini möhkəmlətdi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray" doğma meydanda "Başakşəhər"i 3:0 hesabı ilə məğlub edərək ən yaxın izləyicisi ilə xal fərqini 7-yə çatdırıb.
Oxu.Az xəbər verir ki, "Qalatasaray"ın qollarını 57-ci dəqiqədə Vilfrid Sinqo, 66-cı dəqiqədə Viktor Osimhen və 86-cı dəqiqədə Renato Nyaqa vurublar.
Sinqo və Nyaqa "sarı-qırmızılı" formada ilk qollarını qeyd ediblər.
"Başakşəhər"in futbolçusu Festi Ebosele 56-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk cəza səbəbindən skamyada yer ala bilməyib və komandanı köməkçi məşqçi İrfan Saraloğlu idarə edib.
Bu mövzuda digər xəbərlər:Premyer Liqa: “Sumqayıt” “Qarabağ”ı məğlub edərək liderliyini möhkəmlətdi
22 Avqust 2025 21:32
Premyer Liqa: “Sabah” “Zirə”ni məğlub edərək liderliyini möhkəmlətdi
31 Yanvar 2026 19:31
Türkiyə Super Liqası: “Qalatasaray” və “Başakşəhər” səfərdə qələbə qazanıb
08 Fevral 2026 21:35
Beşiktaş doğma meydanda Başakşəhər i məğlub etdi VİDEO
26 Oktyabr 2026 22:54
“Sivasspor” səfərdə, “Başakşəhər” evdə məğlub oldu
15 Fevral 2025 19:13
Baxış sayı:112
Bu xəbər 14 Mart 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















