Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

“Qalatasaray” növbəti rekordlarla xal fərqini artırdı

“Qalatasaray” növbəti rekordlarla xal fərqini artırdı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tur sürpriz nəticə ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, “Qalatasaray”ı büdrədən Arda Turanın “Eyüpspor”u bu dəfə çempionluğa digər namizəd “Fənərbaxça”dan xal qoparmağı bacardı.
Gərgin keçən və Ardanın hələ ilk yarıda qırmızı vərəqə alaraq tribunaya göndərildiyi matçda İstanbul nəhəngi 2-ci hissədə bəzi gözəl fürsətləri boşa verdi. “Eyüpspor” “Hacettepe”dən (2007/08) bu yana superliqada “Qalatasaray” və “Fənər”ə qarşı keçirdiyi ilk oyunlarda uduzmayan birinci komanda oldu. Joze Mourinyonun komandası çempionluq yolunda daha bir ağır zərbə aldı. “Sarı-lacivərdlilər” 16-cı oyunu yalnız 36 xalla tamamladılar. Müqayisə üçün bildirək ki, ötən mövsüm İsmayıl Kartalın “Fənər”i 16-cı turu 43 xalla bitirmişdi!
“Sivasspor” Ömər Ərdoğanın debüt oyununda tura 3-cü pillədə daxil olan “Samsunspor”la heç-heçə etdi. Qələbənin dadını unudan “Beşiktaş” isə fanatlarına iztirab yaşatmaqda davam edir. Ötən tur aşkar autsayder “Adana Dəmirspor”a səfərdə uduzan İstanbul nəhəngi bu dəfə evdə ortabab “Alanyaspor”la bacarmadı. Oyun ilk 7 dəqiqədə vurulan qarşılıqlı qollarla 1:1-lik bərabərliklə yekunlaşdı. “Fənərbaxça” üzərində qazanılan qələbə “Beşiktaş”ın son 8 turdakı yeganə uğurudu (3 heç-heçə, 4 məğlubiyyət)! Halbuki komanda ilk 8 turda uduzmamış (6 qələbə, 2 heç-heçə) və 24 mümkün xalın 20-ni toplamışdı.
Turun daha 4 oyunu bazar günü keçirildi. “Çaykur Rizəspor”u darmadağın edən “Göztəpə” 4-cü pilləyə yüksəldi.
“Antalyaspor”u 2 cavabsız qolla yenən “Qaziantep” isə evdə ardıcıl 5-ci qələbəsini qazandı. “Qalatasaray” üçün Kayseri səfəri mühüm əhəmiyyət daşıyırdı. Çünki Kayseri “Cim-Bom”un Okan Burukun dönəmində fəth edə bilmədiyi nadir şəhərlərdən biri idi. İstanbul nəhəngi 2022/23-də Kayseridə 1:2 məğlub olmuşdusa, ötən mövsüm burdan yalnız qolsuz bərabərliklə qayıtmışdı. “Qalatasaray” həm bu seriyanı bitirmək, həm də “Fənər”lə xal fərqini artırmaq istəyirdi. İntriqa gözləyənlərin ümidləri puç oldu. “Kayserispor” indi maddi cəhətdən heç də yaxşı dönəmdən keçmir. Bu iki sarı-qırmızı komanda arasında indi aşkar səviyyə fərqi var. 13-cü turda evdə “Fənərbaxça”dan 6 qol buraxan “Kayserispor” bu matçda da pərən-pərən düşdü. Düzdü, meydan sahibləri ilk yarıda pis təsir bağışlamadılar və fasiləyə yalnız 1 top fərqi ilə geridə yollandılar. Amma 2-ci hissədə son çempion rəqibi nokauta saldı. “Qalatasaray”ın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 20 oyuna (15 qələbə, 5 heç-heçə), superliqada səfərdəki rekord qələbə seriyası isə 16 oyuna yüksəldi! “Aslan” XXI əsrdə ilk, tarixində cəmi 3-cü dəfə bir təqvim ilini superliqada səfərdə uduzmadan tamamladı (17 oyun, 16 qələbə, 1 heç-heçə).
Daha öncə bu hal 1986 və 1999-cu illərdə yaşanmışdı. Ən əsası “Fənər”lə xal fərqini 8-ə yüksəldən “Qalatasaray” 16-cı oyunlar etibarilə Türkiyə çempionatı tarixinin həm xal (44), həm də qol (47) rekordunu yenilədi! Günün daha bir oyununda “Trabzonspor” evdə debütant “Bodrum”u çətinliklə yenərək 3 oyunluq qələbəsiz seriyaya son qoydu. 86-cı dəqiqədə fərqlənən portuqaliyalı cinah müdafiəçisi Maleyro Türkiyə karyerasında ilk qolunu vurdu. Oyun baş məşqçilər arasındakı qalmaqalla müşayiət olundu. Bir neçə həftə öncə “Bodrum”un başına keçən Volkan Dəmirəl oyundan öncə Şenol Günəşin əlini sıxmaqdan və onunla şəkil çəkdirməkdən imtina etdi.
Məlum olduğu kimi, ötən ilin fevralında Türkiyədə baş verən zəlzələdən sonra “Hatayspor” və “Qaziantep” çempionatdan çəkilmişdi. O vaxt Dəmirəl “Hatayspor”u, Günəş “Beşiktaş”ı çalışdırırdı. Günəş həmin dönəmdə “Hatayspor”un çempionatdan çəkilməsinin yanlış qərar olduğunu bildirərək komandanın oyunlara çıxmalı olduğunu qeyd etmişdi. Ancaq komandanın ulduzu Kristian Atsu zəlzələ zamanı həyatını itirdiyindən və “Hatayspor”un psixoloji durumu qaydasında olmadığından o dönəmdə Günəşin sözləri Türkiyə futbol ictimaiyyətində birmənalı qarşılanmamışdı. Görünür, o vaxtdan təcrübəli məşqçiyə qarşı kin saxlayan Dəmirəl indi qisasını məhz bu yolla aldı.
17-ci tur
Kayserispor – Qalatasaray 1:5
Bahoken, 14 – Osimhen, 4-p.; 71. Barış Alpər Yılmaz, 29; 87. Yunus Akgün, 51.
Qalatasaray: Muslera, Kaan Ayhan (Yelert, 78), Sançes, Abdulkadir Bardakcı, Yakobs (Bərkan Kutlu, 79), Sara, Torreyra (Berat Luş, 88), Yunus Akgün, Mertens (Batşuayi, 78), Barış Alpər Yılmaz, Osimhen (Metehan Baltacı, 86).
Eyüpspor – Fənərbaxça 1:1
Ahmed Kutucu, 26 – Ən-Nəsiri, 45+4.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 82), Çağlar Söyüncü, Ciku, Kostiç, Amrabat, Fred (Cengiz Ündər, 82), İrfan Can Kahveci (Sen-Maksimen, 69), Şimanski (Ceko, 69), Tadiç (İsmayıl Yüksək, 82), Ən-Nəsiri.
Beşiktaş – Alanyaspor 1:1
Rafa Silva, 7 – Nuno Lima, 5.
Beşiktaş: Mərt Günok, Svensson, Tayip Sanuç, Əmirhan Topçu, Zaynutdinov (Masuaku, 70), Salih Uçan (Ndur, 46), Əl Musrati (Mustafa Həkimoğlu, 88), Muçi (Oksleyd-Çemberleyn, 70), Fernandeş, Rafa Silva, Semih Kılıçsoy.
Trabzonspor –Bodrum 1:0
Maleyro, 86.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Lundstram, Əli Şahin Yılmaz (Enis Destan, 46), Ərən Elmalı (Arif Boşluk, 90+3), Ozan Tufan, Mendi, Cihan Çanak (Umut Günəş, 73), Çam (Salih Malkoçoğlu, 90+5), Nvakaeme, Banza.
İstanbul BŞ – Kasımpaşa 2:2
Pyontek, 9-p.; 42-p. – Da Koşta, 3. Gül, 68.
Qaziantep – Antalyaspor 2:0
Kozlovski, 42. Maksim, 66.
Göztəpə - Çaykur Rizəspor 3:0
Miroşi, 25; 78. Tiyaniç, 71.
Hatayspor – Adana Dəmirspor 1:3
Gülər, 62 – Abubakar, 25. Dəmirbağ, 70. Aymbetov, 75.
Sivasspor – Samsunspor 0:0
1. Qalatasaray 16 14 2 0 47-19 44
2. Fənərbaxça 16 11 3 2 40-15 36
3. Samsunspor 16 9 3 4 29-17 30
4. Göztəpə 16 8 4 4 31-21 28
5. Eyüpspor 17 7 6 4 25-18 27
6. Beşiktaş 16 7 5 4 25-18 26
7. İstanbul BŞ 16 6 5 5 27-23 23
8. Qaziantep 16 6 3 7 22-24 21
9. Antalyaspor 16 6 3 7 20-28 21
10. Kasımpaşa 16 4 8 4 22-23 20
11. Konyaspor 16 5 5 6 18-23 20
12. Çaykur Rizəspor 16 6 2 8 16-25 20
13. Trabzonspor 16 4 7 5 24-22 19
14. Sivasspor 17 5 4 8 20-27 19
15. Alanyaspor 16 4 6 6 16-19 18
16. Kayserispor 16 3 6 7 16-32 15
17. Bodrum 16 4 2 10 12-22 14
18. Hatayspor 16 1 6 9 14-27 9
19. Adana Dəmirspor (-3) 16 2 2 12 15-36 5
Bombardirlər: Pyontek (İstanbul BŞ) – 12, Banza (Trabzonspor) - 10, İmmobile (Beşiktaş), Ceko (Fənərbaxça), Osimhen (Qalatasaray) – 9.
Növbəti turun oyunları gələn il yanvarın 3-6-sı aralığında keçiriləcək: Adana Dəmirspor - İstanbul BŞ, Alanyaspor – Konyaspor, Antalyaspor – Eyüpspor, Bodrum – Kayserispor, Çaykur Rizəspor – Beşiktaş, Fənərbaxça – Hatayspor, Qalatasaray - Göztəpə, Kasımpaşa – Qaziantep, Samsunspor – Trabzonspor.
Turun rəqəmi
75 - rekordların adamı Okan Buruk bu tur daha bir önəmli göstəriciyə nail oldu. O, “Qalatasaray”ın başında superliqada 90-cı oyunda 75-ci qələbəsini qazandı (9 heç-heçə, 6 məğlubiyyət). Bununla da Buruk turnirin tarixində bir komandanın başında 75 qələbəyə ən tez çatan məşqçi oldu. Əvvəlki rekord “Fənərbaxça”nın başında 75-ci qələbəsini 103-cü oyunda qazanan Kristof Dauma məxsus idi.
Turun ulduzu
Yunus Akgün (Qalatasaray) – bu aralar sanki qanad açıb uçur. Düzdü, bu sözləri indi “Cim-Bom”un bir çox futbolçusu haqda demək olar. Amma komandanın öz yetirməsi olan 24 yaşlı Yunus göz görə-görə səviyyəsini yüksəldir və sanki yeni futbolçuya çevrilir. Ardıcıl 4-cü rəsmi qarşılaşmada qol sevinci yaşayan Akgün hesabına məhsuldar ötürmə də yazdı. O ardıcıl 3-cü superliqa matçında həm qol vurdu, həm də məhsuldar ötürmə verdi! Son 10 ildə “Qalatasaray”ın heyətində bunu yalnız İkardi (2023-ün yanvarında) bacarmışdı. Bu mövsüm Yunusun hesabında 23 rəsmi oyunda 10 qol, 5 məhsuldar ötürmə var.
Turun sitatı
Volkan Dəmirəl, “Bodrum”un baş məşqçisi:

“Mən həyatımda iki dəfə çətinlik çəkmişəm. Biri zəlzələ vaxtı, digəri atamı itirərkən. Zəlzələnin 12-13-cü günündə Şenol Günəş komandamın istəsə, oynaya biləcəyini söylədi. Ölüyə hörməti olmayan insanın dirisinə heç vaxt hörmətim olmaz! Onun əlini ona görə sıxmadım ki, zəlzələ vaxtı insanların nələr çəkdiyini bilsin. Öz camiəsinə şirin görünmək üçün belə sözlər işlətməsin. Özümə söz vermişdim ki, onun əlini sıxmayacam və onunla şəkil çəkdirməyəcəm. O da bunu hiss etmişdi və məni dəhlizin başında gözləyirdi. Daha öncə belə şey görməmişdim. Mənim heç bir camiə ilə problemim yoxdu. Mənim problemim Günəşlədi. Belə olayla gündəmə gəldiyim üçün futbol ictimaiyyətindən üzr istəyirəm. Amma Günəşdən üzr istəmirəm. Məni “tərbiyəsiz” adlandırdı. Sənin əlini sıxmamaq tərbiyəsizlikdisə, eybi yox, qoy tərbiyəsiz olum”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Fanatlarımıza bizə verdikləri möhtəşəm dəstəyə görə təşəkkür edirik. Həm hava limanında, həm oteldə, həm də stadionda inanılmaz dəstək gördük. Onlarla bir yerdə çox güclü oluruq. Bizi rekordlar maraqlandırmır. Hər oyuna qələbə üçün çıxırıq və əsas hədəfimiz çempionluqdu. İstedadlı oyunçularımız var. Hər kəs potensialını ortaya qoyduqda əla performans sərgiləyirik. Gözə xoş gələn və fanatlarımızı həyəcanlandıran futbol nümayiş etdiririk. Düzdü, qapımız önündə də fürsətlər yaranır. Amma özümüz də az qala hər oyunda ən azı 3 qol vururuq. Mövsüm bizim üçün gözəl şəkildə davam edir. Fasilədən sonra eyni ciddiyyət və istək ilə işimizi davam etdirəcəyik”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Yaxşı oynamadıq və zəif performans sərgilədik. Çoxlu fərdi səhvə yol verdik. Amma iki epizodda xeyrimizə penalti verilmədi. Halbuki bənzər epizodlarda başqa komandaların xeyrinə penalti verilir. Mən Portuqaliyada, İspaniyada, İngiltərədə, İtaliyada çalışmışam. Heç yerdə belə şey görməmişəm. Oyunçular da, hakim də zəif təsir bağışladı. Oyun tez-tez dayanırdı. Gözəl qarşılaşma olmadı. Arda Turan məni bağışlasın, amma “Eyüpspor” da yaxşı oynamadı. Bizim komandanın heç bir problemi yoxdu. İstər məşq, istər pul baxımından ən yaxşı şərtlərə malikik. Çatışmayan bir şeyimiz yoxdu. Ona görə də meydanda bundan daha artığını sərgiləməliyik. Xal fərqinə baxmayaraq, çempionluq şansımızın olmadığını düşünmürəm. Yarış davam edir”.


Halim Okta, “Beşiktaş”ın məşqçisi:

“Qalib gələ bilmədiyimiz üçün üzgünük. Bəzi planlaşdırdığımız şeyləri həyata keçirə bilmədik. Eyni zamanda yaxşı fürsətləri də boşa verdik. Klub olaraq çox çətin dönəmdən keçirik. Oyunçular tək fiziki yox, həm də psixoloji cəhətdən yorğundu. Ardıcıl uğursuzluqlardan sonra futbolçuları motivasiyalandırmaq da çətin olur. Onlar hər şeyi görürlər və motivasiyaları istənilən səviyyədə deyil. Bəzi oyunçulara mövsümün əvvəlindən bəri çox yük düşüb. Bəziləri isə yeni-yeni oynamağa başlayıb. Onların oyun praktikası azdı. Fikrimcə, fasiləyə ehtiyacımız var. Bu fasilə bizim üçün çox düşərli olacaq. Standart zərbələr zamanı yaşadığımız sıxıntıların da üzərində çalışacağıq. Ümid edirəm ki, yeni ildən etibarən daha hazır və dinamik durumda olacağıq”.


Şenol Günəş, “Trabzonspor”un baş məşqçisi:

“Mənim vəzifəm bura qonaq gələn komandanın məşqçisinə “xoş gəldin” deməkdi. Mənim zəlzələ zamanı bəyanatımı öz beyninə görə qəbul edib. Görünən odu ki, o da ölülər üzərindən özünə mənfəət qazanmağa çalışır. Belə insanlara normal baxmıram. Mənim ölümlərlə heç bir əlaqəm yoxdu. Sadəcə, matçların keçirilməsi ilə bağlı fikrimi soruşduqda “belə etməklə heç nə qazanmayacaqlar” dedim. Ölülərlə bağlı bir söz demədim. Açıqlamam yalnız klublar və TFF-nin qərarı ilə bağlı idi. “Adana Dəmirspor” da istəsə, çəkilə bilərdi. Amma oynadı. Qarışıq bir durum yaranmışdı. “Hatayspor” da başqa stadionda oynaya bilərdi. Yoxsa mənim Hatayla heç bir problemim yoxdu. Əksinə, zəlzələ vaxtı ora yardıma getmişdim. Demaqogiyaya ehtiyac yoxdu. Hər kəs nə etdiyinə, nə danışdığına fikir versin. Yoxsa “xoş gəldin” demək mənim işimdi. Bura it də gəlsə, salam verməliyəm!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17154

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1031

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see171

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see148

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see145

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri