Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Vüsal İsgəndərlidən cari mövsümdə 4 cü qol

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

“Qalatasaray”ı çempionluqdan cəmi 1 xal ayırır!

“Qalatasaray”ı çempionluqdan cəmi 1 xal ayırır!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Hesabat turu cümə günü keçirilən iki qarşılaşma ilə start götürdü.

Evdə “Alanyaspor”a uduzan “Qaziantep” ardıcıl 4-cü turu xalsız başa vurdu. Bu uğursuz seriya baş məşqçi Səlcuk İnana baha başa gəldi və onunla yollar ayrıldı. 40 yaşlı mütəxəssis bu vəzifəni ötən ilin martından icra edirdi. Anteplilər hələ ki elitada qalmağı rəsmiləşdirməyib.
Günün digər oyununda isə psxioloji cəhətdən yaxşı durumda olmayan “Fənərbaxça” “İstanbul BŞ”nin qonağı oldu. Maraqlıdı ki, Mourinyo bu mövsüm 33-cü superliqa matçına 31-ci (!) fərqli heyət buraxdı. Livakoviç 20-ci dəqiqədə Pyontekin penaltisini dəf etməsəydi, bəlkə də sonluq başqa cür olardı. Təcrübəli polşalı forvard bu mövsüm artıq 3-cü dəfə penaltini boşa verdi. Xorvatiyalı qapıçının qəhrəmanlığı komanda yoldaşlarını da ruhlandırdı. Ötən tur derbidə fasilə ərəfəsində kobud səhvə yol verərək məğlubiyyətin əsas günahkarlarından biri olan Mərt Müldür bu dəfə fasilə ərəfəsində qol vuraraq günahını yudu. İkinci hissədə üstünlüyünü bir qədər də artıran “Fənər” parlaq qələbə qazandı və bu rəqibi ardıcıl 6-cı oyunda məğlub etdi.
Şənbə gününün ilk matçında “Konyaspor” “Çaykur Rizəspor”u evə əliboş yola salaraq doğma meydanda ardıcıl 6-cı qələbəsini qazandı. Deyəsən, “Şaxtyor”un başına keçəcəyi ilə bağlı yayılan xəbərlər həm Arda Turanın, həm də “Eyüpspor”un motivasiyasına təsir edib. Mövsümün böyük hissəsini yaxşı keçirən debütant son turlarda tanınmaz haldadı. “Kasımpaşa” önündə darmadağın olan “Eyüpspor”un məğlubiyyət seriyası 4 oyuna yüksəldi!
Bazar günü əsas diqqətlər Trabzona yönəlmişdi. Turun mərkəzi oyununda “Trabzonspor” “Qalatasaray”ı qəbul etdi. Düzdü, “Fənər” turu 3 xalla tamamladığından “Cim-Bom”un çempionluğu bu həftə rəsmiləşdirmək şansı yox idi. Amma komanda istənilən halda fanatlarını sevindirmək, çempionluq yolunda növbəti mühüm addımı atmaq və kubokun finalından öncə bu rəqibə gözdağı vermək niyyətində idi. Ədalət naminə Fatih Təkkənin komandasının ilk yarıda güclü rəqibdən heç də pis təsir bağışlamadığını bildirək. Hətta Muslera olmasaydı, meydan sahibləri fasiləyə ən azı 1 top fərqi ilə öndə yollana bilərdilər. Bundan başqa, Okay Yokuşlunun yaxın məsafədən baş zərbəsindən sonra “Qalatasaray”ı tir xilas etdi. Amma fasilədən sonra Trabzon təmsilçisinin təzyiqi və tempi azaldı.
2-ci hissənin ortalarında Saranın künc zərbəsindən asması zamanı Əbdülkərim Bardakcı başla fərqləndi. Yekun nəticəni isə meydana çıxandan cəmi 7 dəqiqə sonra fərqlənən Morata müəyyənləşdirdi. “Sarı-qırmızılar” rəsmi matçlarda qələbə seriyasını 7, “Trabzonspor”a qarşı qələbə seriyasını isə 5 oyuna yüksəltdi. Komandanın daha öncə bu rəqibə qarşı belə seriyası yalnız bir dəfə - 1999-2003-cü illərdə olmuşdu. Okan Burukun komandası bu mövsüm 17-ci səfər oyununda 14-cü qələbəsini qazandı. “Cim-Bom” səfərdə ən yüksək (82) qələbə faizi yaxaladığı mövsümünü keçirir! Təkkə indiyə qədər məşqçi karyerasında “Qalatasaray”a qarşı 5 oyunun hamısından məğlubiyyətlə ayrılıbsa, Okan Buruk indiyə qədər Təkkəyə qarşı 5 oyunun hamısından qələbə ilə ayrılıb!
Beləliklə, “Qalatasaray”ı ardıcıl 3-cü, tarixinin 25-ci çempionluğundan cəmi 1 xal ayırır.
Bazar günü alt pillələri yaxından maraqlandıran matçda “Sivasspor” evdə “Bodrum”un müqavimətini qıra bilmədi. Odla oynamaqda davam edən Sivas təmsilçisi ilə “xilaskar” 15-ci pillə arasında xal fərqi 3-ə yüksəldi. Özü də nəzərə alaq ki, gələn tur Rza Çalımbayın komandasının oyunu yoxdu. Elitadan düşməsi çoxdan rəsmiləşən “Hatayspor” bu tur səfərdə “Göztəpə”dən xal almaqla yaxşı mənada təəccübləndirdi.
“Samsunspor”un oynamadığı turda “Beşiktaş”, gözlənildiyi kimi, aşkar autsayder “Adana Dəmirspor”u darmadağın edərək, nəhayət, 3-cü pilləyə yüksəldi. Özü də “ağ-qaralar”ın bu rəqiblə öz haqq-hesabı var idi. Çünki ilk dövrədə Adana təmsilçisi öz meydanında sensasiyalı şəkildə İstanbul nəhəngini məğlub etmişdi. Amma bu dəfə sürpriz baş vermədi. Qeyd edək ki, “Beşiktaş” Türkiyə çempionatı tarixində “Adana Dəmirspor”a qarşı evdə keçirdiyi 21-ci oyunda da məğlub olmadı (12 qələəb, 9 heç-heçə).
35-ci tur
Trabzonspor – Qalatasaray 0:2

Əbdülkərim Bardakcı, 66. Morata, 84.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Okay Yokuşlu (Nvakaeme, 75), Bataqov, Arif Boşluk, Lundstram, Mendi, Visça (Banza, 76), Çam, Mustafa Eskihellaç (Zubkov, 58), Enis Destan (Sikan, 20).
Qalatasaray: Muslera, Şallai, Sançes, Əbdülkərim Bardakcı, Yakobs (Ahmed Kutucu, 90+1), Lemina (Kaan Ayhan, 90), Torreyra, Yunus Akgün (Frankovski, 90+1), Sara (Morata, 77), Barış Alpər Yılmaz (Ərən Elmalı, 82), Osimhen.
İstanbul BŞ - Fənərbaxça 1:4
Ömər Bəyaz, 90+1 – Mərt Müldür, 44. Şkrinyar, 60. Ən-Nəsiri, 86. Oğuz Aydın, 90+3.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər (Ebosele, 73), Duarte, Opoku, Operi, Umut Günəş (Berat Özdəmir, 59), Krespo, Kemen (Ömər Bəyaz, 73), Yusuf Sarı (Dəniz Türüc, 79), Brniç (Fiqeyredo, 59), Pyontek.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Karlos (Osayi-Samuel, 46), Şkrinyar, Kostiç, İsmayıl Yüksək (Oğuz Aydın, 85), Fred (Şimanski, 79), Amrabat, Talişka (İrfan Can Kahveci, 85), Tadiç, Ceko (Ən-Nəsiri, 71).
Beşiktaş – Adana Dəmirspor 4:1
Rafa Silva, 29. Raşitsa, 44. İmmobile, 62. Mario, 83 – Arda Kurtulan, 45+8.
Beşiktaş: Enis Destanoğlu, Svensson, Paulista, Uduoxai (Əmrəcan Terzi, 20/Nəcip Uysal, 86), Masuaku, Haciahmetoviç, Oksleyd-Çemberleyn (Mustafa Həkimoğlu, 11/Semih Kılıçsoy, 86), Raşitsa (Arroyo, 73), Fernandeş, Rafa Silva, İmmobile (Mario, 73).
Eyüpspor – Kasımpaşa 0:3
Da Koşta, 38; 64. Can Keleş, 90+1.
Göztəpə - Hatayspor 1:1
Kubilay Kanatsızkuş, 19 – Butobba, 27.
Konyaspor – Çaykur Rizəspor 2:1
Umut Nayır, 47; 77 – Vareşanoviç, 71.
Qaziantep – Alanyaspor 0:1
Şporar, 52.
Kayserispor – Antalyaspor 3:1
Kardoso, 12; 29; 63-p. – Talisson, 26.
Sivasspor – Bodrum 0:0

1. Qalatasaray 33 27 5 1 84-31 86
2. Fənərbaxça 33 24 6 3 84-33 78
3. Beşiktaş 33 16 10 7 53-33 58
4. Samsunspor 33 17 6 10 50-38 57
5. İstanbul BŞ 33 15 6 12 55-49 51
6. Eyüpspor 34 14 8 12 49-44 50
7. Göztəpə 33 12 11 10 54-41 47
8. Trabzonspor 33 12 10 11 53-42 46
9. Kasımpaşa 33 11 13 9 57-56 46
10. Konyaspor 33 13 7 14 43-46 46
11. Kayserispor 33 11 11 11 43-51 44
12. Antalyaspor 33 12 7 14 36-58 43
13. Qaziantep 33 12 6 15 41-46 42
14. Çaykur Rizəspor 33 12 4 17 39-52 40
15. Alanyaspor 33 10 8 15 38-48 38
16. Sivasspor 34 9 8 17 44-57 35
17. Bodrum 33 9 8 16 24-37 35
18. Hatayspor 33 4 8 21 36-67 20
19. Adana Dəmirspor (-12) 33 2 4 27 29-83 -2
Bombardirlər: Osimhen (Qalatasaray) – 24, Pyontek (İstanbul BŞ) – 21, Banza (Trabzonspor) – 19, Ən-Nəsiri (Fənərbaxça) – 17.
Növbəti turun oyunları mayın 17-18-də keçiriləcək: Adana Dəmirspor – Hatayspor, Alanyaspor – Beşiktaş, Antalyaspor – Qaziantep, Bodrum – Trabzonspor, Çaykur Rizəspor - Göztəpə, Fənərbaxça – Eyüpspor, Qalatasaray – Kayserispor, Kasımpaşa – İstanbul BŞ, Samsunspor – Sivasspor. 
Turun rəqəmi
4 - “Fənərbaxça” son həftələrdə evdə çox mühüm xallar itirdi. Faktiki məhz bu itirilən xallar komandanı çempionluqdan etdi. Səfərdə isə əksinə, məhsuldar qələbələr diqqət çəkir. İstanbul nəhəngi bu dəfə “Fatih Terim”i də fəth etməklə superliqada ardıcıl 4-cü səfər oyununda ən azı 3 qol vuraraq qalib gəlməyi bacardı. Bu, komandanın son 32 ildə ən yaxşı seriyasıdı! “Sarı-lacivərdlilər”in sonuncu belə seriyası 1992 dekabr – 1993 fevral aralığında macarıstanlı mütəxəssis Yozef Venqloşun başçılığı altında olmuşdu.
Turun ulduzu
Əbdülkərim Bardakcı (Qalatasaray) – birbaşa işinin öhdəsindən əla gələn təcrübəli müdafiəçi hücumda da komandasına fayda verdi. Trabzonda Osimhenin susqun qaldığı matçda səhnəyə məhz Bardakcı çıxdı. Onun başla vurduğu qol bəlkə də çempionluq yolunda son ciddi maneənin aşılmasına yardım etdi. Maraqlıdı ki, Trabzon səfərində başla qol vuran sonuncu “Qalatasaray”lı futbolçu 2012-nin aprelində Necati Atəş olmuşdu. Onu da bildirək ki, Əbdülkərim 2021/22-nin startından bəri Türkiyə çempionatında başla artıq 11-ci qolunu vurdu. Bu müddətdə superliqada başla ondan daha çox qol vuran iki futbolçu var. Bunlar Mame Tiam (15) və Mauro İkardidi (12).
Turun sitatı
Göksəl Gümüşdağ, “İstanbul BŞ”nin prezidenti:

“Çox bərbad bir hakimlik izlədik. Türk hakimliyinin hansı vəziyyətdə olduğunu bir daha gördük. Mən hələ dekabrda federasiyaya bu Hakimlər Komitəsi ilə bağlı radikal addmlar atmağı məsləhət görmşdüm. O gündən bəri hakimliyimiz durmadan geriləyir. Beynəlxalq arenada da artıq bizim hakimlərə oyun vermirlər. Hakimliyimiz tarixinin ən bərbad dönəmlərindən birini yaşayır. Bunun da başlıca günahkarı hələ də susan TFF-di. Bu HK sədri o qədər bərbaddı ki, ayrılandan sonra da onun vurduğu ziyan hələ uzun müddət özünü göstərəcək. Məncə, bugünkü hakim qərarlarından “Fənərbaxça” da məmnun qalımadı”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Trabzonspor” ilk yarıda yaxşı və intizamlı oynadı. Fasiləyə yaxın qapımızda ciddi təhlükələr yaratdılar. Amma ümumilikdə əvvəldən sona qədər üstünlük bizim tərəfimizdə oldu. Hücumda yaradıcılığımız daha yaxşı ola bilərdi. İkinci hissədə inamlı təsir bağışladıq. Standart zərbələrdən yaxşı faydalandıq. Morata hücum gücümüzü artırdı və ikinci qolu da vurduq. Fasilədən sonra rəqib, demək olar, cərimə meydançamıza daxil ola bilmədi. Trabzon səfərindən 3 xalla dönmək əla nəticədi. Artıq çempionluqdan 1 xal uzaqdayıq. Gələn tur fanatlarımız önündə çempionluğu rəsmiləşdirməyə çalışacağıq. Amma hələlik kubokun finalına hazırlaşacağıq. Fikrimcə, “Trabzonspor” o matça daha güclü heyətlə çıxacaq. Onların heyəti bizimki qədər geniş olmadığı üçün kubokun finalını düşünərək bu gün bəzi oyunçuları ehtiyatda saxlamışdılar”.


Joze Mourinyo “Fənərbaxça”nın baş məşqçisi:

“Oyun və hakimlik haqda danışmaq istəmirəm. Danışası olsam, çox şey deyə bilərəm. Gözlədiyimiz kimi oynadıq. Oyunçular əllərindən gələni etdilər. Layiqli qələbə qazandıq. Əli Koçun transfer və mənim klubdakı gələcəyimlə bağlı sözlərini şərh etmək istəmirəm. Belə şeyləri mətbuat önündə şərh etmək mənim fəlsəfəmə ziddi. Bu gün hesab 1:0 olarkən yenə hakim tərəfindən başımıza oyun açıldı. Beynəlxalq arenada bir çox matça təyinat almış VAR hakimi əsas hakimi monitora dəvət etdi. Amma əsas hakim bildiyini edib penalti vermədi. Bu artıq neçənci dəfə başımıza gəlir. Halbuki həmin epizoddan sonra 2 qol buraxıb hesabda geri düşsəydik, mətbuat “Fənərbaxça”nın səhvlərindən yazmağa başlayacaqdı. Ona görə də artıq bu mövzuda heç nə demək istəmirəm. Hamı hər şeyi gördü”.


Ole Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:

“Oyunun əvvəlləri çətin keçdi. Çünki oyun tez-tez dayanırdı. Tempi yaxalaya bilmədik. Amma hücumameyilli oyun anlayışımızdan vaz keçmədik. İlk yarıda 3-4 qol vurub intriqanı öldürə bilərdik. Əəvzində rəqib fasilə ərəfəsində intriqanı bərpa etdi. Pozitiv futbolla 3 xal qazandıq. Gələn mövsüm avrokuboklarda çıxış etmək çox önəmlidi. Ona görə də indi əsas məsələ 3-cü yeri tutmaqdı. Bir ara nəticələrimiz pisləşmişdi. Amma həmin dönəmdə belə oyunçular işlərinə məsuliyyətlə yanaşırdılar. Məşqlərdə çox çalışırdıq. Artıq nəticələrimiz düzəlib. Mövsümün qalan hissəsini də ən yaxşı şəkildə başa vurmağa çalışacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 May 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see409

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see233

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see212

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see210

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see207

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see207

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see198

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see196

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see186

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see184

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see184

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see181

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see180

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see179

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see179

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see178

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see175

Vüsal İsgəndərlidən cari mövsümdə 4 cü qol

15 Sentyabr 2026 01:29see167

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri