Icma.az
close
up
RU
Qalib Azərbaycanın istəkləri ön plana çıxmayacaqsa, sülh nəyə lazımdır?! ŞƏRH

Qalib Azərbaycanın istəkləri ön plana çıxmayacaqsa, sülh nəyə lazımdır?! ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”. Bu bəyanat Ermənistanın Baş naziri Nikol Paşinyana məxsusdur. O, beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı bildirib ki, Bakı ilə sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi yekunlaşdırılıb və İrəvan artıq sənədi imzalamağa hazırdır. Paşinyanın sözlərinə görə, danışıqlar başa çatıb və o, şəxsən sənədi imzalamağa hazır olduğunu bəyan edib.

Lakin eyni forumda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fərqli tonda danışıb. O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq asan deyil və bu, uzunmüddətli prosesdir. Mirzoyanın fikrincə, sülhə yalnız cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimad yolu ilə nail olmaq mümkündür. O, həmçinin Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığını, suverenlik və ərazi bütövlüyünə hörmət prinsiplərini qəbul etdiyini deyib.

Təsadüfi deyil ki, rəsmi İrəvanın bu kimi açıqlamaları tez-tez söz və əməldə ziddiyyət təşkil edir. Müxtəlif səviyyəli rəsmilərin bir-birini təkzib edən bəyanatları, əsassız iddialar və real addımların atılmaması Ermənistanın sülhə dair verdiyi vədlərin nə dərəcədə etibarlı olduğunu sual altına alır.


Politoloq Əhəd Məmmədli Sherg.az-a söyləyib ki, Paşinyan hər zaman deyir ki, biz "xülya" Ermənistandan real Ermənistana keçməliyik. Ona görə də hər vəchlə 29 min kvadratkilometr ərazini qorumaq şərti ilə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir:


"Ermənistan çalışır ki, Göyçə, Qərbi Azərbaycan, Zəngəzur mövzusu arxa plana keçsin və unudulsun. Azərbaycan tərəfi buna getməməlidir. Rəsmi Bakının konkret şərtləri var: Minsk qrupunun buraxılması, Ermənistanın konstitusiyasının dəyişilməsi. Paşinyan deyir ki, ATƏT-in Minsk qrupunu sülh müqaviləsinin imzalanması ilə bağlı buraxacağıq. Ermənistan yalnız məsələni uzatmaqla məşğuldur. Əgər diplomatik masada qalib Azərbaycanın istəkləri ön plana çıxmayacaqsa, sülh nəyə lazımdır?! Bir sıra qüvvələr deyirlər ki, əsas odur, Qarabağı almışıq, sülh imzalayaq. "Yenidən müharibə və ya Avropa, İran, Rusiya kimi dairələri qarşımıza almağa ehtiyac yoxdur". Lakin nəzərə almalıyıq ki,  qarşıdakı dönəmdə Paşinyan iqtidarı dəyişsə, heç kim zəmanət vermir ki, yeni hakimiyyət Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcək. O zaman 1988-ci ildəki vəziyyət təkrarlanacaq"?!


Politoloq vurğulayıb ki, İrəvandan maksimum istəklərimizi almalıyıq ki, 40-50 il əvvələ qayıtmaq əvəzinə, üstünlüyümüzü qoruyaq. Nəticə etibarilə, Ermənistan hər şeyi yenidən başlatmaq niyyətində, iştahında olmamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri