Icma.az
close
up
RU
Qalib xalqın lideri və yeni geosiyasi reallığın memarı

Qalib xalqın lideri və yeni geosiyasi reallığın memarı

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu "Əl-Ərəbiyyə" telekanalına verdiyi tarixi müsahibə yalnız siyasi hadisə deyil, həm də beynəlxalq hüququn prinsiplərinə, regional güc balansına və dövlətçilik müdrikliyinə söykənən strateji bəyannamədir. Bu çıxış həm Cənubi Qafqazda, həm də daha geniş coğrafiyada yeni siyasi reallıqların açıq şəkildə təsdiqi kimi tarixə düşdü. Prezident İlham Əliyevin söylədikləri, əslində, Azərbaycanın qlobal miqyasda söz sahibi dövlətə çevrildiyini, beynəlxalq hüququn fundamental prinsiplərini - suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etmə hüququnu - uğurla müdafiə etdiyini sübut etdi.

44 günlük Vətən müharibəsi nəticəsində bərpa edilən tarixi ədalət bu müsahibədə bir daha dünyaya bəyan olundu. Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Azərbaycanın hərbi qələbəsi təkcə döyüş meydanında əldə edilmiş uğur deyildi. Bu, həm də beynəlxalq hüququn reallaşdırılması, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququnun parlaq nümunəsi idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi beynəlxalq hüququn müvafiq normalarının praktik təsdiqi oldu. Bu mənada, İlham Əliyevin "biz intiqamı döyüş meydanında aldıq" ifadəsi sadəcə emosional bəyanat deyil, həm də beynəlxalq hüququn legitim güc tətbiqi mexanizminin ifadəsidir.

Müsahibədə Prezidentin sülh quruculuğuna üstünlük verməsi isə Azərbaycan diplomatiyasının humanist xarakterini nümayiş etdirdi. Ermənistanın illərlə təcavüzkar siyasət yürütməsinə baxmayaraq, Azərbaycan revanşist meyllərə deyil, regionda uzunmüddətli sabitlik və dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasına istiqamətlənmiş xətt seçdi. Bu yanaşma beynəlxalq hüququn "pacta sunt servanda" - "müqavilələrə əməl edilməlidir" prinsipinə tam uyğun gəlir. Bakı sülh sazişini təşəbbüs edərək göstərdi ki, güc tətbiqi mərhələsi başa çatıb, indi hüquqi sənədlərlə möhkəmlənmiş sabitlik dövrü başlayır.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın əhəmiyyəti xüsusi olaraq vurğulandı. Prezident İlham Əliyevin D.Trampı "sülh yaradan lider" kimi xarakterizə etməsi təkcə şəxsi münasibətlərin ifadəsi deyildi. Bu, həm də beynəlxalq münasibətlərdə fərdlərin diplomatik proseslərdə oynadığı mühüm rolun etirafı idi. Minsk Qrupunun tarixi missiyasını başa vurması barədə bəyanat isə hüquqi-siyasi məntiqin zirvəsi idi: münaqişə həll olunubsa, onun həlli üçün yaradılmış mexanizmin saxlanması absurddur və hüquqi reallığa ziddir. Azərbaycan bu absurda son qoyaraq beynəlxalq diplomatiyada yeni səhifə açdı.

Müsahibədə Yaxın Şərqlə bağlı söylənilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan praqmatik siyasətinin davamı kimi diqqət çəkdi. Azərbaycan Suriyaya humanitar yardım və qaz tədarükü ilə yanaşı, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi prinsipini də ön plana çıxarır. Bu, BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş dövlətlərin bərabərliyi və daxili işlərinə qarışmama prinsipinə tam uyğun mövqedir. İlham Əliyevin İsrail və Suriya arasında "sakit diplomatiya" ilə vasitəçilik təşəbbüsləri isə Azərbaycanın beynəlxalq hüquqda tanınan "good offices" - yaxşı niyyətli vasitəçilik institutunu uğurla tətbiq etməsindən xəbər verir.

Azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı da beynəlxalq hüququn humanitar ölçüsünü özündə ehtiva edir. Bir milyon məcburi köçkünün doğma torpaqlarına dönməsi BMT-nin Qaçqınların Statusu haqqında Konvensiyasının və İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin müvafiq müddəalarının real həyata keçirilməsidir. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini aradan qaldırmaq üçün aparılan bərpa işləri həm beynəlxalq humanitar hüququn, həm də dövlətin vətəndaş qarşısında məsuliyyətinin nümunəsidir.

Prezidentin müsahibəsində Zəngəzur dəhlizinə dair açıqlamalar isə Azərbaycanın beynəlxalq iqtisadi hüquqda tranzit azadlığı prinsipini reallaşdırmaq əzmindən xəbər verir. TRIPP layihəsi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, həm də region dövlətlərinə qarşılıqlı fayda əsasında inteqrasiya imkanı yaradır. Bu, Vyana Konvensiyası çərçivəsində formalaşmış beynəlxalq müqavilə hüququnun müasir tətbiqi kimi də qiymətləndirilə bilər.

İranla münasibətlərdə İlham Əliyevin vurğuladığı qarşılıqlı anlaşma və Araz dəhlizi layihəsi dövlətlərin qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin bariz nümunəsidir. Bu yanaşma beynəlxalq hüquqda "mutual benefit cooperation" prinsipi ilə tam uzlaşır. Rusiya ilə münasibətlərdə isə Prezidentin qəti mövqeyi - "faciəvi səhv" və ona adekvat reaksiya tələbi - dövlətlərin bərabərliyi prinsipinə söykənir. Azərbaycan aydın şəkildə göstərir ki, müstəqil dövlətimiz heç bir formada təzyiq və hörmətsizliyi qəbul etmir.

Müsahibədə məzhəbçilik mövzusuna toxunulması isə Azərbaycanın beynəlxalq humanitar hüquqda din azadlığı və multikulturalizm prinsiplərini praktik şəkildə həyata keçirdiyini göstərdi. Şiə və sünnilərin eyni məsciddə ibadət etməsi, müxtəlif dinlərin harmonik birgəyaşayışı Azərbaycanın İslam dünyasına təqdim etdiyi "birlik modeli"dir. Bu, həm də UNESCO və BMT-nin mədəniyyətlərarası dialoq təşəbbüslərinin Azərbaycan təcrübəsində praktik reallaşmasıdır.

Türk Dövlətləri Təşkilatı ilə bağlı söylənən fikirlər isə beynəlxalq regional inteqrasiyanın yeni mərhələsini açır. Prezident İlham Əliyev türk dövlətlərinin birliyini gələcəyin qlobal aktoru kimi təqdim etməklə əslində, dövlətlərin assosiasiya hüququnu və regional təşkilatlanma azadlığını beynəlxalq hüquq normaları kontekstində əsaslandırır.

Nəticə etibarilə, "Əl-Ərəbiyyə"yə müsahibə Azərbaycanın yalnız regional deyil, həm də qlobal proseslərin aparıcı aktoruna çevrildiyini təsdiqlədi. Prezident İlham Əliyevin çıxışı beynəlxalq hüququn prinsipləri ilə siyasi iradənin qovuşmasının parlaq nümunəsi oldu. Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət deyil - o, beynəlxalq hüququn aliliyini praktik müstəviyə daşıyan, regionun və dünyanın sabitliyi naminə strateji yol xəritəsi təqdim edən nüfuzlu gücdür.

Bu gün Azərbaycan İlham Əliyevin qətiyyətli liderliyi ilə tarix yazır. Azərbaycanın səsi artıq qlobal miqyasda əks-səda doğuran haqq səsidir. Bu səs ədalətin, suverenliyin, milli iradənin səsidir. Və bu səsin arxasında yalnız bir dövlətin deyil, bütöv bir xalqın, bütöv bir millətin iradəsi dayanır. Azərbaycan artıq sadəcə bir region ölkəsi deyil - o, beynəlxalq hüququn, ədalətin və qlobal sabitliyin dayaqlarından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri