Icma.az
close
up
RU
Qalıcı sülh yolunda: Münaqişə regionunda baş verən hadisələr onu göstərir ki...

Qalıcı sülh yolunda: Münaqişə regionunda baş verən hadisələr onu göstərir ki...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir münaqişənin dayandırılması və atəşkəsin əldə olunması insanlıq üçün vacib bir addımdır. Müharibələr yalnız torpaqları deyil, insanların həyatını, ailələrini və ümumi sosial-iqtisadi strukturu dağıdır. Hər gün minlərlə insan həyatını itirir, yüz minlərlə insan isə evindən, yurdundan didərgin düşür. Qəzdada baş verənlər isə bu reallığı dramatik şəkildə ortaya qoyur: insanlar aclıqla üzləşir, təbii resurslara çıxışları məhdudlaşır və çoxsaylı günahsız vətəndaş həyatını itirir.

Bu baxımdan atəşkəsin imzalanması insanlıq üçün böyük bir təqdirəlayiq addımdır. Lakin qalıcı sülh və problemlərin həlli üçün yalnız müvəqqəti atəşkəs kifayət etmir. İsrail-Fələstin münaqişəsi, regional geosiyasi maraqlar və yayılmacı siyasətlər, həmçinin İsrail-Ərəb və İsrail-İslam dünyası münasibətlərinin köklü həll olunmaması kimi məsələlər, uzunmüddətli və davamlı sülh üçün hələ bir sıra mürəkkəb addımların atılmasını tələb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, istənilən müharibənin dayandırılması, atəşkəsin imzalanması insanlıq adına müsbət bir addımdır:

"Çünki müharibələr böyük fəlakətlər, insan faciələri deməkdir. Qəzzada isə insanlar ciddi humanitar dram yaşayır. Aclıqla üzləşirlər və 60 mindən çox günahsız insan öldürülüb. Bu, təbii ki, böyük bir fəlakətdir. Atəşkəsin imzalanması bu baxımdan təqdirəlayiqdir".

Onun sözlərinə görə, bu məsələnin qalıcı olub-olmaması hələ sual altındadır. Burada geosiyasi və regional kontekst, İsrailin yayılan siyasəti, İsrail-Fələstin və İsrail-Ərəb məsələlərinin köklü həll olunmaması kimi problemlər var. Bu amillər nəzərə alınmalıdır ki, atəşkəs davamlı olsun və nəticədə sülhə, məsələnin həllinə doğru addım atılsın:

"Dünyada artıq əksər ölkələr, o cümlədən, Qərb dövlətləri, Fələstini dövlət olaraq tanıma siyasəti aparır. İsrailin hücumları və Qəzzanın işğalı qarşısında bu addımlar siyasi baxımdan atılır. Azərbaycanın və Türkiyənin xarici siyasət baxışına görə, məsələnin iki dövlətli həll modeli çərçivəsində həll olunması vacibdir. Fələstin-İsrail konflikti yalnız iki dövlətli model əsasında həll oluna bilər və bu, həm İsrail, həm Ərəb, həm də İslam dünyası münasibətlərinə müsbət təsir göstərə bilər".

Telman Nüsrətoğlu: Hal-hazırda İsrail bu baxımdan beynəlxalq aləmdə tənqid və təcrid olunmuş vəziyyətdədir

Politoloq diqqətə çatdırıb ki, İsrail rasional siyasət yürüdərək, kompromis və uzlaşma yolu ilə məsələni həll etməli, İslam və Ərəb dünyası ilə normal münasibətlər qurmalıdır: 

"Hal-hazırda İsrail bu baxımdan beynəlxalq aləmdə tənqid və təcrid olunmuş vəziyyətdədir. Aparılan hərbi müdaxilələr, insan həyatlarının itirilməsi və yardımların əngəllənməsi dünya ictimaiyyətində İsrail əleyhinə münasibət yaradıb. Bunu aradan qaldırmaq üçün İsrail pragmatik addımlar atmalıdır".

Müsahibimiz əlavə edib ki, atəşkəsin əldə olunmasında Türkiyə və regional aktorların böyük rolu olub. Onlar kompromis və uzlaşma yoluna sövq edirlər ki, insanlar ölmesin, Qəzzada didərginlik yaranmasın. Bu addım həm də İsrail-Türkiyə münasibətlərinin normallaşmasına töhfə verə bilər:

"Gələcəkdə Qəzzada müştərək idarəçilik mümkündür: texnokrat hökumət və Fələstin tərəfi, ərəb ölkələri və Türkiyənin iştirakı ilə. Bu zaman atəşkəs qalıcı ola bilər, İsrail hökumətinin ultra-milliyyətçi dairələri buna müdaxilə etməzsə, proses sülhə doğru irəliləyə bilər. Qəzzada texnokrat və Fələstin qüvvələrini əhatə edən, ərəb ölkələri və Türkiyənin iştirak etdiyi bir müştərək idarəçilik qurula bilər".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri