Icma.az
close
up
RU
Qaluzinin QƏFİL Bakı səfəri Pərdəarxasında NƏ var?

Qaluzinin QƏFİL Bakı səfəri Pərdəarxasında NƏ var?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Bəs pərdəarxasında hansı mövzular müzakirə predmeti ola bilərdi? Ümumiyyətlə, hazırda iki ölkə arasında münasibətlərin səviyyəsini necə xarakterizə eləmək olar, bu əlaqələr bir il öncəki ilə müqayisədə daha yaxşıdır, yoxsa?

Professor Qabil Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya təmasları intensivləşib. Onun xatırlatmasına görə, aprelin 8-də Qaluzin Moskvadakı səfirimiz Rəhman Mustafayevlə görüşüb və cəmi bir həftə sonra Bakıya gələrək XİN rəhbərinin qəbulunda olub. Politoloq hesab edir ki, bundan az əvvəl də Lavrovun müavini ölkəmizdə olmuşdu və ardıcıl səfərlərdən görünür ki, Moskva Bakı ilə əlaqələri tam normallaşdırmağa çalışır: "Hazırda Şimal-Cənub dəhlizi tərəflər üçün ən vacib müzakirə mövzusudur. İrana qarşı müharibə və regionda gərginlik logistika layihələrini risklərlə üz-üzə qoyub. Rusiya sanksiya altındadır və Şimal-Cənub dəhlizi əşhədü-ehtiyac olaraq qalmaqdadır. Ona görə Azərbaycanla əsasən bu məsələlər müzakirə olunur. Düşünürəm ki, səfərin əsas məqsədlərindən biri bu olub".

Q.Hüseynli rəsmi məlumatda vurğulanan "humanitar məsələlərin müzakirəsi" dedikdə, Bakıda saxlanılan 11 Rusiya vətəndaşı və digər mövzuların nəzərdə tutulduğunu ehtimal edir: "Bu məsələlər son vaxtlar ikitərəfli danışıqların gündəliyinə salınır. Lakin Azərbaycanın da gözləntiləri var. Xüsusən, təyyarə məsələsində addım atılması lazımdır. Yəni son təmaslar göstərir ki, tərəflər problemləri həll etməyə yaxındırlar. Rusiya prezidentinin Azərbaycanın dövlət başçısına zəngi, İrana humanitar yardımın çatdırılması və rusların təxliyəsinə yaradılan şəraitə görə minnətdarlıq bildirməsi normallaşan əlaqələrin bir hissəsidir. Əlbəttə ki, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Biz Kremlin əleyhinə hər hansı qərar qəbul etməmişik, yaxud anti-Rusiya cəbhəsində yer almamışıq. Moskva Bakının bu siyasətini qiymətləndirməlidir. Odur ki, Qaluzinin səfəri son deyil və növbəti görüşlər də gözləniləndir". /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Aprel 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri