Icma.az
close
up
RU
“Qalxan” rəqabəti böyüyür Hava hücumundan müdafiə xərcləri artır

“Qalxan” rəqabəti böyüyür Hava hücumundan müdafiə xərcləri artır

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada artan qeyri-sabitlik və münaqişələr bir çox ölkəni hərbi sahəyə böyük məbləğdə investisiyalar yatırmağa vadar edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü il hesabatına görə, qlobal hərbi xərclər 2,72 trilyon dollara çataraq keçən illə müqayisədə 9,4% artım göstərib. Bu, Soyuq müharibədən bəri müşahidə olunan ən yüksək illik artımdır.

Sfera.az xəbər verir ki, ən çox sərmayə yatırılan sahələrdən biri isə hava hücumundan müdafiə sistemləridir.

Dünyanın əsas gücləri ABŞ, Çin, Rusiya bu sahədə liderliyi paylaşır. Digər ölkələr ya öz sistemlərini inkişaf etdirir, ya da xarici texnologiyalardan istifadə edir.


ABŞ Prezidenti Donald Tramp, “Qızıl Qalxan” adlı yeni nəsil hava və raketdən müdafiə sistemini rəsmən elan edib. Bu sistemin məqsədi yalnız yerüstü deyil, həm də dəniz və kosmosdan gələcək ballistik, hipersonik və qanadlı raketləri zərərsizləşdirməkdir.


“Qızıl Qalxan” proqramının dəyəri təxminən 175 milyard dollar olaraq qiymətləndirilir. Tramp sistemin 3 il ərzində istifadəyə verilməsinin planlaşdırıldığını bildirib. ABŞ hazırda “THAAD” və “Patriot PAC-3” sistemlərindən istifadə edir.


İsrailin isə  “Dəmir Qalxan” ("Iron Dome") sistemi “Rafael Advanced Defense Systems” və İsrail Aerokosmik Sənayesi tərəfindən hazırlanıb. 2011-ci ildən fəaliyyət göstərən sistem, 4-70 km məsafədən buraxılan qısa mənzilli raket və mərmiləri havada məhv etmək qabiliyyətinə malikdir.


Sistem radar, idarəetmə mərkəzi və hər birində 20 raket yerləşən 3 buraxıcıdan ibarətdir. Bu sistem İsrailin çoxqatlı hava müdafiə strategiyasının bir hissəsidir və “Arrow”, “Barak 8”, “David’s Sling” kimi digər sistemlərlə birlikdə işləyir.


Rusiyanın hava hücumundan müdafiə sistemi isə əsasən “S-400” kompleksinə söykənir. Sistem həm insanlı, həm də pilotsuz uçan aparatları, qanadlı və ballistik raketləri məhv etmək gücünə malikdir. 400 km məsafəyə qədər hədəfləri vura bilir, 30 km hündürlüyə qədər çatır. Eyni anda 80 hədəfi izləyərək ikili raketlərlə zərbə endirə bilir.


Rusiya həmçinin “Tor”, “Pantsir”, “Buk” kimi digər sistemlərdən istifadə edir və yaxın gələcəkdə “S-500” ilə müdafiəsini daha da gücləndirməyi planlaşdırır.
Çinin inkişaf etdirdiyi “HQ-19” sistemi ABŞ-nin “THAAD” sisteminə cavab olaraq hazırlanıb. 3 000 km-ə qədər məsafədəki ballistik raketləri məhv etmə gücünə malikdir. Çin Müdafiə Nazirliyi bildirib ki, sistem 200 km-dən yüksəkdə və saniyədə 10 000 metrə qədər sürətlə hədəfləri vurmaq qabiliyyətini testlərlə sübut edib.

Azərbaycan da bu sahədə öz müdafiə gücünü artırmaqdadır. Hazırda “ASELSAN” tərəfindən hazırlanmış “KORKUT” və “HİSAR-O” sistemləri ordunun ixtiyarındadır. Bununla yanaşı, “SİPER” adlı uzun mənzilli hava və raketdən müdafiə sisteminin yaxın zamanda Azərbaycan Ordusunun arsenalına daxil ediləcəyi gözlənilir. Bundan öncə isə ölkəmiz "S-300", eləcə də İsrail istehsalı olan raketlərlə hava məkanının müdafiəsini gücləndirib. 


Hər bir ölkə, öz təhdidlərinə uyğun şəkildə “Qızıl”, “Dəmir” və digər “Qalxan”larla müdafiə sipərləri qurur. Rəqabət isə getdikcə daha da yüksək səviyyəyə, kosmosa doğru gedir.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri