Icma.az
close
up
RU
Qan, can və tarix: Üç qardaş dövlət dünya səhnəsində yeni güc yaradır

Qan, can və tarix: Üç qardaş dövlət dünya səhnəsində yeni güc yaradır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə dövlətlərimiz tərəfindən imzalanan sənədlərlə deyil, xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib


Müasir geosiyasi reallıqlar fonunda regional əməkdaşlıq və strateji tərəfdaşlıqlar qlobal güc balansının formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə və Pakistan kimi ortaq tarixə, mədəniyyətə, dinə və ideoloji dəyərlərə malik olan qardaş dövlətlər bu baxımdan unikaldır. Bu ölkələrin əməkdaşlığı təkcə coğrafi yaxınlıq və diplomatik münasibətlər çərçivəsində deyil, həm də xalqların tarixi bağlılığı və strateji hədəfləri ilə müəyyən olunur. Bu baxımdan 28 May tarixində Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü bu baxımdan mühüm dönüş nöqtəsi oldu.


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı da “Şərq”ə açıqlamasında qeyd edib ki,  Azərbaycan, Türkiyə və Pakistan tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik qardaş dövlətlər olaraq, bu gün də birgə strateji xətt üzrə uğurla irəliləyirlər. Bu əməkdaşlıq sadəcə diplomatik müstəvidə deyil, eyni zamanda iqtisadi, hərbi və mədəni sahələri də əhatə edir. Laçın şəhərində baş tutan üçtərəfli Zirvə görüşü bu qardaşlığın daha da möhkəmləndirilməsinə və beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət edir:

 “Azərbaycan, Türkiyə və Pakistan tarixən ortaq dini, mədəni və siyasi dəyərlərə malik olan qardaş dövlətlərdir. Ölkələrimiz arasında mövcud əlverişli siyasi mühit dinamikliyi və interaktivliyi ilə seçilir. 

İşğaldan azad olunmuş Laçın şəhərində keçirilən üçtərəfli Zirvə görüşü Bakı, Ankara və İslamabad arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və bu əməkdaşlığın beynəlxalq siyasətdə yeni güc mərkəzi kimi formalaşmasına xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.

Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə cari əməkdaşlıq sahələri ilə kifayətlənmədi. Hər üç liderin fikirləri və baxışları olduqca geniş və əhatəli idi. Xüsusilə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan, Türkiyə və Pakistan qardaşlığının yalnız diplomatik və iqtisadi əsaslarla deyil, eyni zamanda mədəni və ideoloji müttəfiq olduqlarını təsdiq etdi. Dövlət rəhbərimizin qeyd etdiyi kimi, Azərbaycan ötən müddət ərzində Türkiyə iqtisadiyyatının müxtəlif sahələrinə 20 milyard dollardan çox investisiya yatırıb. Cənab Prezident İlham Əliyevin ideya müəllifliyi əsasında birgə həyata keçirdiyimiz enerji layihələri iki ölkənin iqtisadi tərəqqisinə töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevrilib. 

Bununla yanaşı, rəsmi Bakı Pakistan iqtisadiyyatına 2 milyard dollar həcmində investisiya yatırmaq niyyətini bəyan edib ki, bu da qardaş ölkənin inkişafına təkan verəcəkdir. Artıq tərəflər arasında konkret investisiya layihələri üzərində işlər gedir. Həmçinin ölkələrimiz arasında hərbi əlaqələr müasir müharibə metodikalarının tələbi çərçivəsində birgə keçirilən hərbi təlimlərlə daha da dərinləşir. Qardaş Türkiyə və Pakistanın müdafiə sənayesinə məxsus qabaqcıl və yüksək texnologiyalı hərbi məhsullar Silahlı Qüvvələrimizin inventarına daxil edilərək, ordu quruculuğu və müdafiə qabiliyyətimizin gücləndirilməsində mühüm rol oynayır. Üç qardaş ölkə yalnız siyasi, iqtisadi və hərbi sahədə deyil, mədəniyyət, elm və təhsil sahələrində də uğurlu tərəfdaşlıq modeli formalaşdırıblar. Universitetlər arasında mübadilə proqramları, mədəni tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər sadəcə dövlətlərlərimiz tərəfindən imzalanan sənədlərlə deyil, xalqların qəlbində yaşayan duyğularla möhkəmlənib. Çünki bu bağlar qanla, canla, tarixlə və sədaqətlə yazılıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri