“Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi”
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” adlı tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə keçirilmiş rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Akt zalında davam etdirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra qanlı 20 yanvar faciəsinə həsr edilmiş videoçarxa baxış olub.
Tədbirdə çıxış edən 20 Yanvar şəhidinin həyat yoldaşı Ziyafət Rüstəmova, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, 20 yanvar hadisələrinin iştirakçısı Tapdıq Əlibəyli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolun yeni mərhələsinin başlanğıc nöqtəsi olub.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qanlı 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qan yaddaşımızın 20 yanvar səhifəsi: milli iradənin zəfəri və qürur tarixi” mövzusunda elan etdiyi rəsm və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Məlumat verilib ki, Nizami rayonunda fəaliyyət göstərən 30 təhsil müəssisəsi üzrə inşa müsabiqəsinə 109, rəsm müsabiqəsinə isə 47 iş daxil olub. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib. Qaliblərə diplomlar, hədiyyələr təqdim olunub, müsabiqə iştirakçılarına isə sertifikatlar verilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















