Icma.az
close
up
RU
20 Yanvar: milli iradənin, azadlıq əzminin təntənəsi

20 Yanvar: milli iradənin, azadlıq əzminin təntənəsi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20 Yanvar – Azərbaycan tarixində ikiqat məna daşıyan bir təqvimdir: xalqımıza qarşı törədilmiş qanlı cinayət və eyni zamanda milli iradənin, azadlıq əzminin təntənəsi.

Qanlı Yanvar Azərbaycan tarixinə imperiya düşüncəsinin iflası kimi düşmüşdür. 1990-cı il yanvarın 20-də Sovet imperiyası artıq süqut ərəfəsində olsa da, mərkəzdə – Moskva Kremlində hakim olan siyasi düşüncə dəyişməmişdi. Mixail Qorbaçovun rəhbərlik etdiyi SSRİ rəhbərliyi Azərbaycan xalqının azadlıq istəyini, milli iradəsini hərbi güclə boğmaq yolunu seçdi.Bakıda fövqəladə vəziyyət elan olunmadan, dinc əhaliyə qarşı tanklar yeridildi, yüzlərlə günahsız insan qətlə yetirildi. Bu, yalnız hərbi əməliyyat deyil, dövlət terroru, beynəlxalq hüququn və SSRİ Konstitusiyasının kobud şəkildə pozulması idi. Qorbaçovun Azərbaycana münasibəti açıq şəkildə ikili standartlara, siyasi qərəzə və ermənipərəst mövqeyə söykənirdi. Ermənistanın separatçı addımlarına göz yumulduğu halda, Azərbaycan xalqının haqq səsi güllə və tanklarla cavablandırıldı.

20 yanvar faciəsinin baş verməsində təkcə Moskvanın cinayətkar qərarı deyil, o dövrün daxili siyasi avantüristlərinin – məsuliyyətsiz və xəyanətkar mövqe tutmuş AXC–Müsavat cütlüyünün də ciddi məsuliyyəti vardır. Belə ki, xalq emosional şəkildə küçələrə yönləndirildi, real təhlükələr barədə vaxtında xəbərdarlıq edilmədi, insanlar bilə-bilə təhlükə altına atıldı, digər tərəfdən ölkə rəhbərliyində təmsil olunan vəzifəlilərin siyasi səriştəsizliyi nəticəsində vəziyyəti idarə edəcək dövlət təfəkkürü nümayiş etdirilmədi. Bu qüvvələr nə faciənin qarşısını ala bildi, nə də sonradan xalq qarşısında siyasi və hüquqi məsuliyyət daşıdı. Əksinə, hadisədən siyasi dividend qazanmağa cəhd göstərildi ki, bu da tarix qarşısında bağışlanmazdır.

20 yanvar faciəsinə ilk açıq, cəsarətli və prinsipial siyasi-hüquqi qiyməti verən şəxs ulu öndər Heydər Əliyev oldu. Faciədən dərhal sonra 1990-cı il yanvarın 21-də onun Moskvadakı Azərbaycan nümayəndəliyində səsləndirdiyi bəyanat liderlik nümunəsidir. Heydər Əliyev dünya ictimaiyyətinə ünvanladığı bu bəyanatında Sovet rəhbərliyini konstitusiyaya zidd hərəkətdə, Azərbaycan xalqına qarşı ağır cinayət törətməkdə ittiham etdi, 20 Yanvarı xalqımıza qarşı yönəlmiş repressiya aktı adlandırdı.

Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra - 29 mart 1994-cü ildə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Həmin tarixdə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Bu sənədlə:

20 Yanvar hadisələri SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib;
günahsız insanların qətlə yetirilməsi siyasi repressiya aktı kimi tanınıb;
faciəyə görə məsuliyyət daşıyan şəxslərin adları və məsuliyyəti siyasi-hüquqi müstəvidə ortaya qoyulub.

Bu tarixi qərarın qəbul edilməsi ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü nəticəsində mümkün olub və 20 Yanvar həqiqətlərinin dövlət mövqeyi səviyyəsində təsbit edilməsi baxımından dönüş nöqtəsi sayılır.

Növbəti mərhələdə Milli Məclisin qərarı ilə faciə şəhidlərin xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi, 20 Yanvar ümummilli matəm və qürur günü kimi tarixə həkk olunmuşdur.

Bu hadisəyə münasibət kontekstində cənab İlham Əliyevin prezidentlik dövrü tarixi yaddaşın və həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması ilə səciyyələnir. Ölkə rəhbəri 20 Yanvar həqiqətlərinin davamlı şəkildə qorunmasını, gənc nəsillərə ötürülməsini, beynəlxalq ictimaiyyətə çatdırılmasını dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib. Onun rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi diqqət və sosial təminat göstərilir, faciə milli azadlıq mübarizəsinin başlanğıc mərhələsi kimi təqdim olunur, 20 Yanvarın ideoloji xətti məntiqi şəkildə tamamlanır. Prezident İlham Əliyevin mövqeyində “20 Yanvar Azərbaycan xalqının sarsılmayan iradəsinin, müstəqillik yolunda verdiyi müqəddəs qurbanların simvoludur.”

Bu gün Azərbaycan xalqı 20 Yanvarı artıq təkcə faciə kimi qəbul etmir, bu tarix milli qürurun, suverenliyin və möhtəşəm Zəfərə aparan yolun başlanğıcıdır.

Əli Hüseynli

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri