Icma.az
close
up
RU
Qanlı yanvar faciəsi: milli istiqlaliyyət uğrunda mübarizənin şanlı qürur səhifəsi

Qanlı yanvar faciəsi: milli istiqlaliyyət uğrunda mübarizənin şanlı qürur səhifəsi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixi reallıqlar dəfələrlə sübut edib ki, nəhəng imperiyaların süqutu və xalqların milli azadlıq, istiqlaliyyət kimi müqəddəs ideallara qovuşması qərinələrlə davam edən mübarizənin zirvə mərhələsində baş verir. Bu baxımdan yola saldığımız ötən əsrin 80-90-cı illərində keçmiş Sovetlər İttifaqında iqtisadi-siyasi sistemin kifayət qədər böhranlı vəziyyətə düşməsi, ideoloji əsasda barışmazlığın güclənməsi, müttəfiq respublikalarda müstəqillik və milli dövlətçilik ideyalarının güclənməsinə rəvac verdi. Həmin dövrlərdə Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət almasına təcavüzkar Ermənistanın ərazi iddiaları ilə yanaşı, nəhəng imperiyanın süqutu və Soyuq müharibənin başa çatması kimi qlobal geosiyasi proseslərin təsirini də xüsusilə qeyd etmək lazımdır. Bu proseslər fonunda Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçilik hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərdi. Amma müstəqilliyə qovuşmaq Azərbaycan üçün asan olmadı. Digər Sovet respublikalarından fərqli olaraq Azərbaycan xalqının azadlıq istəyi olduqca ağrılı, qanlı və həm də şərəfli hadisələr fonunda gerçəkləşdi. Onu da qeyd edək ki, Azərbaycan xalqı istiqlaliyyət ideyasını uzun illər boyu özündə yaşatmışdı. 71 illik totalitar rejim xalqımızın milli özünüdərkinə müəyyən qədər təsir etsə də, bu dirçəlişin qarşısını tam anlamıyla ala bilməmişdi.XX əsrdə sovet ordusu iki dəfə – 1920-ci ilin aprelində və 1990-cı ilin yanvar ayında Azərbaycana silah gücüylə daxil oldu. 1920-ci il istilası ilə əlaqədar olaraq Azərbaycan tarixşünaslığında belə bir vahid şüar hökm sürürdü ki, Azərbaycanda hakimiyyət uğrunda aparılan mübarizəyə XI Qızıl Ordunun müdaxiləsi yalnız dünya proletariatı prinsiplərindən qaynaqlanırdı. Yəni Rusiyada siyasi hakimiyyəti ələ keçirmiş olan proletariat bununla da kifayətlənə bilməzdi. O, ucqar regionlarda yaşayan sinfi qardaşlarına da bu yolda bütün vasitələrlə, hətta lazım gəlsə silahlı güc yolu ilə də yardım etməyi özünə borc bilirdi. Belə bölgələrdən biri də Azərbaycan idi. Halbuki Rusiyada sovet hakimiyyətinin varlığı şübhə altında idi. Rusiyanın siyasi, iqtisadi və hərbi imkanlarının məhdud olduğu bir dövrdə nizamsız ordu ilə beynəlmiləlçilik naminə “Azərbaycanın inqilabi mübarizəsinə kömək etmək üçün” Bakıya gəlməsi ya uşaq saflığı, ya da siyasi Don Kixotçuluq olardı. Hadisələrin analitik təhlili, sovet Rusiyasının öz böhranlı dövründə belə bir tədbirə əl atması bir çox səbəblərlə birlikdə Bakıya, daha doğrusu Bakı neftinə olan marağı ilə də bağlı idi. Eyni zamanda Azərbaycanın geosiyasi və geostrateji mövqeyi, maraqların kəsişdiyi düyün bölgə rolunu oynaması Rusiyanı Azərbaycana sahib olmağa vadar edirdi. Bu baxımdan Rusiya 1920-ci ildə XI Qızıl Ordunu Azərbaycan xalqının köməyinə göndərərkən nə iqtisadi cəhətdən, nə də siyasi cəhətdən səhvlik etməmişdi.Bakıya ikinci qanlı hücum 19-20 yanvar 1990-cı ildə gerçəkləşdi. İnsanlar ağır tankların altında əzildi, dinc əhaliyə qanlı divan tutuldu, binalara atəş açıldı. Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Heç kəsə sirr deyil ki, Bakı nefti İkinci Dünya müharibəsində sovet dövlətinin taleyində müstəsna rol oynamışdı. Lakin bunun qarşılığı küçələrdə axıdılan günahsız insanların qanı ilə ödənildi.20 Yanvar faciəsi əbədi olaraq yaddaşlara həkk olundu. Ona görə yox ki, azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan dinc əhaliyə qanlı divan tutuldu, müstəqillik arzusunda olan, əsarətdən xilas olmaq istəyən millət güllə-baran edildi. Ona görə ki, öz qəhramanlıq simvolunu nümayiş etdirərək azadlıq uğrunda canlarından keçdilər, sovet imperiyasının təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış hərbçiləri qarşısından qaçmadılar. Bu, xalqın haqq səsi idi.Ümummilli liderim Heydər Əliyevin dediyi kimi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Ulu Öndərin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırdı.Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana intensiv hücumları bunu bir daha təsdiq edir. Məlum olduğu kimi, 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsində iştirak etdilər. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərar bilavasitə Naxçıvan MSSR-in Sovet imperiyasının tərkibindən çıxmasını özündə ehtiva edirdi.Heç təsadüfi deyildir ki, Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? - Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”.Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini xalqımıza qarşı törədilən hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə “dağılmaz” deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu.Ümumiyyətlə, hadisələrin gedişatı onu göstərdi ki, Bakı faciəsi ilə Naxçıvana ermənilərin hücumu biri-biri ilə sıx bağlı hadisədir. Naxçıvana edilən intensiv hücumlarla qanlı Yanvar faciəsinin ilk səhifələri yazıldı. 1990-cı il yanvar ayının 19-da gecə Bakıda fövqəladə vəziyyətin elan olunacağından və mərkəzə edilən müraciətə cavab verilməyəcəyindən arxayın olan erməni quldur dəstələri Naxçıvana mütəşəkkil surətdə hücum edib, onun Azərbaycanla əlaqəsini kəsmək, onu təkləyib məhv etmək üçün hər fitnəyə əl atdılar. Rabitə xətləri, televiziya verilişləri kəsildi, dəmir yolları minalandı, bəzi yerlər də partladıldı, günahsız sərnişinlərə qəsdlər edildi.Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Əgər naxçıvanlılar həmin gün özlərini müdafıə edə bilməsəydilər, Şərur rayonunun Kərki kəndi kimi Naxçıvan da ermənilər tərəfındən işğal ediləcəkidi.1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi. Ümummilli lider Heydər Əliyev Naxçıvana gələndən sonra əhali artıq tam əmin idi ki, düşmən qalib gələ bilməyəcək. Çünki həmin vaxtdan sonra Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, naxçıvanlılara cəsarət verdi, səngərlərdə daha inamla dayandılar, düşmənə həddini bildirdilər. Bir sözlə, Sədərək məğlubedilməzlik simvoluna çevrildi.“Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”, – deyən Ulu Öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.

Emin Şixəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri