Qanunsuz odlu silah saxlayan narkotacir tutuldu VİDEO
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan 8 kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı 2 ədəd ov tüfəngi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Yanvar 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















