Icma.az
close
up
RU
Qanunun boşluğu əlilin “belini qırır”

Qanunun boşluğu əlilin “belini qırır”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Həssas əhali qruplarına dəstək məsələsi son illər sosial siyasətin ən vacib istiqamətlərindən biri kimi gündəmdə qalır.

Bu kateqoriyaya daxil olan şəxslər - sağlamlıq imkanları məhdud insanlar, aztəminatlı ailələr, yaşlılar və digər sosial risk qrupları üçün göstərilən dəstək təkcə sosial yardım kimi deyil, həm də fundamental hüquqların təmin olunması kimi qiymətləndirilir. Sağlamlıq imkanları məhdud şəxslər üçün əlilliyin vaxtında və obyektiv şəkildə müəyyənləşdirilməsi onların sosial təminatlara çıxışında həlledici rol oynayır. Bu status yalnız maddi dəstək almaq üçün deyil, eyni zamanda reabilitasiya xidmətləri, tibbi təminat və digər sosial proqramlardan yararlanmaq üçün əsas şərtlərdən biridir.

Lakin praktikada əlilliyin təyin olunması prosesi ilə bağlı müxtəlif çətinliklər və narahatlıqlar qalmaqdadır. Bəzi hallarda qiymətləndirmənin gecikməsi, prosedurların mürəkkəbliyi və ya fərdi halların kifayət qədər nəzərə alınmaması vətəndaşların sosial müdafiəyə çıxışını çətinləşdirir. Bu isə birbaşa olaraq həssas qrupların həyat keyfiyyətinə təsir göstərir. Bu məsələ yaxın zamanda Milli Məclisdə də müzakirə olunub. 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev əlilliyin təyin olunması prosesində vətəndaşların yorucu prosedurlardan azad edilməsinin vacibliyini bildirib. Onun fikrincə, mövcud mexanizm sadələşdirilməlidir, çünki bu sistem onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır. O, müharibə veteranları, ağır xəstələr və sosial cəhətdən həssas qruplar üçün sürətləndirilmiş mexanizmin tətbiqini təklif edib. Deputat qeyd edib ki, praktikada vətəndaş bəzən bürokratik prosedurlar, gecikmələr və ya imtinaların sonradan yenidən baxılması səbəbindən aylarla əlillik statusu ala bilmir. Bu müddət ərzində o, zəruri dəstəkdən məhrum qalır. Formal olaraq vəsait mövcuddur, lakin konkret insan üçün “işləmir”, çünki o, vaxtında sistemə daxil ola bilmir.

Gecikmələrin dolayı nəticələri də olur. İnsan status ala bilmədikdə, yalnız ödənişləri deyil, eyni zamanda bir sıra sosial xidmətlərə, güzəştlərə və tibbi yardıma çıxışı da itirir. Problem artıq təkcə büdcə məsələsi deyil, həyat keyfiyyəti məsələsinə çevrilir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır. Bildirilib ki, bu tətbiq çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Nəticədə qiymətləndirmə zamanı qərarvermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artacaq.

Əlillik təyinatı prosesi niyə yardım mexanizmi yox, maneə sisteminə çevrilib? 

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək Müstəqil Həmkarlar Birliyinin sədr müavini, sosioloq Əhməd Rəhmanov bildirib ki, əlilliyin qiymətləndirilməsi sistemində ciddi uyğunsuzluqlar var:

“Məsələ tək əlilliyin təyinatında yox, eləcə də əlilliyi olan şəxslərlə bağlı qanunlarda olan boşluqlardadır. Məsələn, əlilliyi olan 1-ci qrup uşaqların 18 yaşı tamam olduqda, onlar bir müddət pensiya ala bilmirlər. Belə ki, birinci qrup olduqları üçün, yəni başqa şəxsin yardımına ehtiyacı olduğu üçün 18 yaş tamam olan günü pensiya kartı dəyişdirildikdə yenisini almaq üçün onlara qəyyum təyin olunmalıdır. 18 yaş tamam olmayana kimi məhkəmə qəyyumluqla bağlı sənəd qəbul etmir.

Etdikdə isə ümumi proseslər azı 6–8 ay çəkir. Bu müddət ərzində onun pulu hesabda yığılsa da, özü bunu ala bilmir. Hətta aldıqda belə, bu boşluq dövrünün “baxım pulu” deyilən müavinət ona baxana verilmir. Yəni qanunun boşluğu əlilin “belini qırır”. Yaxud da Dövlət Əmək Müfəttişliyi yerlərdə canlı yoxlama aparmadığı üçün işləyən əlillərin iş yerlərində olan vəziyyətini ancaq əmək haqqının düzgün hesablanıb-hesablanmamasından o yana keçmir. Bu tip qanun boşluqları işə götürənlərə və eləcə də bu boşluqlardan istifadə edən bəzi məmurlar üçün geniş imkanlar yaradır”.

Onun sözlərinə görə, bu sahədə qanun pozuntuları çoxdur:

“Hal-hazırda qəyyumluqla bağlı problemdə olan pozuntu ilə bağlı bir neçə valideynin ərizəsi əsasında Müstəqil Həmkarlar Birliyi kimi Konstitusiya Məhkəməsinə müraciət hazırlayırıq. Qanun pozuntuları çoxdur. Reabilitasiya ilə bağlı ən böyük problemlərdən biri odur ki, tibb müəssisələri TƏBİB-ə, reabilitasiya mərkəzləri isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tabedir. Bu gün əlilliyi olan şəxs reabilitasiya almaq istəyirsə, reabilitasiya mərkəzinə gedir.

O kompleks reabilitasiya olunmaq istəyir, lakin müəssisənin biri deyir ki, bizə xəstəyə iynə vurmağa icazə vermirlər, sistem qoymağa da icazəmiz yoxdur. Xəstə reabilitasiya almaq istəyirsə, o, müəssisənin birində fizioterapiya, masaj alır, amma deyirlər ki, o dövrdə ona vitamin vurmaq, yaxud sistem qoymaq lazımdır, o zaman çıxıb başqa müəssisəyə getməli, bütün prosedurları TƏBİB-in tabeliyində olan müəssisədə etməlidir. Bu, heç bir məntiqə uyğun addım deyil. Çox təəssüf ki, son bir neçə ildə bütün proseslər bu formatda gedir, qanun pozuntuları var. Nazirliklər özləri arasında yola getmir, əziyyəti isə əlilliyi olan şəxs çəkir”. 

Onun fikrincə, problem o vaxt həll olar ki, xəstənin sənədləri düzgün doldurular:

“Əgər indiki kimi doldurulacaqsa, xəstənin sənədləri ilə bağlı problem azalmayacaq. Məsələn, əvvəllər insan həkimə gedirdi, vətəndaşın ayağı pəncədən yoxdursa, insanın bədən üzvünün bir hissəsi olmadığına görə ikinci qrup əlillik verirdilər. İndi isə həmin vəziyyətlə qarşılaşan həkim yazmalıdır ki, vətəndaşın pəncəsi olmadığına görə ayaq yerə düz basılmır. Düz basılmadığına görə vətəndaşın diz qapağına güc düşür, diz qapağı yüklənir və əyilir, çanaq sümüyünə güc düşür, o da əyilir, bel, onurğa sütunu əyilir.

Onurğa sütununda da əyrilik olduğuna görə vətəndaşın sinir sistemi sıxılır və beyinə qan yaxşı getmir. Yəni problem ən kiçik detallara qədər qeyd edilməlidir. Yəni həmin yaranan bütün problemlər qeyd olunmalıdır, əks halda müvafiq qərarlar verilməyəcək. Süni intellektə əlilliyin qiymətləndirilməsinə gəldikdə isə ona yerləşdirilən proqram əsasında nə isə edir, yəni özünün müstəqil fikri yoxdur, o da yerləşdirilən tələblərə, istəklərə uyğunlaşır”. 

Gülər Həsənli
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see542

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see489

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see456

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see372

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see370

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see341

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see243

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see231

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see211

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see207

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see190

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see186

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see173

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see166

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri