Icma.az
close
up
RU
Qanunvericilikdə məhz bu sahə... Təqaüd yaşına çatmadan vəfat edən şəxsin fonda ödədiyi məbləğin aqibəti necə olur?

Qanunvericilikdə məhz bu sahə... Təqaüd yaşına çatmadan vəfat edən şəxsin fonda ödədiyi məbləğin aqibəti necə olur?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlumdur ki, Azərbaycanda hər  ay vətəndaşlar Dövlət Sosial Müdaifə Fonduna vergi, icbari tibbi sığortalar ödəyirlər. Bu sığortalar  onların gələcəkdə yaşa görə aldıqları sosial müavinata yəni təqaüdlərinə təsir edəcək. Belə ki, gələcəkdə vətəndaşın alacağı təqaüd ödədiyi icbari sığortaya ödədiyi faizdən asılı olacaq. 
Bəs, maraqlıdır əgər vətəndaş illərlə çalışıb, icbari sığorta ödəyib, lakin təqaüd yaşına çatmadan vəfat edərsə, onun məvacibinin aqibəti necə olur? Bu sosial müavinət kimə çatır?
Mövzu ilə bağlı Demokrat.az-a danışan hüquqşunas Ruslan Mustafayev bildirib ki, son dönəmlərdə bu məsələlərlə bağlı kifayət qədər çoxlu sahədə müzakirələr aparılıb:

“Məsələ ondan ibarətdir ki, rəsmi olaraq işləyən hər bir şəxs Sığorta fonduna fəaliyyət göstərdiyi hər ay üçün məbləğ ödəyir. Hətta vergi ödəyicisi olan fiziki şəxslər belə fəaliyyətləri olduqları  hər ay fonda müəyyən məbləğ ödəyirlər. Bu da təbii olaraq qanunvericilikdə göstərildiyi kimi, gələcəkdə pensiyaların hesablanması üçün əsaslardan biridir. Yəni, o fonda yığılan məbləğ pensiyanın məbləğini müəyyən etmək üçün əsasdır. Doğrudan da, bir çox bəzi hallarda şəxslər təqaüd yaşına çatmadan rəhmətə gedirlər. Belə olan təqdirdə fonda yığılmış məbləğlərin aqibəti hər kəsi maraqlandırır”. 
Hüquqşünas bildirib ki, qanunvericilikdə həmin məbləğlərin şəxs rəhmətə getdiyi  təqdirdə, necə istifadə olunması ilə bağlı bir göstəriş yoxdur:
“Bu da vətəndaşların illərlə işləyib, sığorta ödəyən vətəndaşların haqlı narazılığına səbəb olur. Təsəvvür edin ki, şəxs 30 il, 40 il işləyir və fonda pul ödəyir, təqaüd yaşına çatmadan rəhmətə gedir. Həmin pullar itib batır. Mən düşünürəm ki, o təkliflərdən ən önəmlilərindən biri şəxs rəhmətə getdiyi təqdirdə həmin fonda yığılan məbləğlərin onun vərəsələrinə ödənilməsi ilə bağlıdır. İndi o məbləğə tam şəkildə və yaxud müəyyən bir hissəsinə ödənilməsinin mümkünlüyü təbii olaraq bu qanunvericiliklə təzimlənməlidir. Burada iqtisadi ekspertlər bu məsələni araşdırmalıdırlar, ona uyğun rəylər verməlidir. Qanunvericilikdə məhz bu sahə ilə bağlı əlavə bir müddəalar yer almalıdır. Hətta son dönəmlərdə qanunvericilikdə edilən dəyişikliklərlə bağlı o fikirlərdə səslənir ki, şəxsin özü sağ olduğu təqdirdə belə həmin yığılmış məbləğin müəyyən hissəsini fonddan alıb, hər hansı  bir biznesin və ya digər bir fəaliyyətin yaradılmasına, həyata keçirilməsinə istifadə edə bilsin. Əgər qanunvericilikdə  şəxsin özü tərəfindən həmin məbləğin müəyyən hissəsinin geri alınması mümkünlüyü varsa, nəyə görə həmin şəxs rəhmətə getdiyi təqdirdə onun vərəsələri tərəfindən həmin məbləğ alına bilməsin? Mən düşünürəm ki, bu təkliflər, müzakirələr aparılsa bu istiqamətdə gələcəkdə təbii olaraq qanunvericilikdə də bu sahədə ciddi dəyişliklər olacaq”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri