Icma.az
close
up
RU
Qar üstündə xizəklə uçuş...

Qar üstündə xizəklə uçuş...

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ölkəmizdə qış idman növlərinə maraq getdikcə artır. Bu sahədə nailiyyətlərin qazanılması üçün müasir infrastruktur qurulur, idmançıların yetişdirilməsi üçün tədbirlər görülür. Təqdirəlayiq haldır ki, bu günlərdə Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində Avrasiya Dağ Kurortu Alyansına üzv dövlətlərin təlimçiləri arasında “Şahdağ”da keçirilən xizək yarışında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər. Mariya Şerstyuk və Nurlan Abdulov yüksək ustalıq nümayiş etdirərək mükafatalayiq yer tutublar.

Öz kateqoriyasında gümüş medal qazanan M.Şerstyuk qəzetimizə verdiyi açıqlamada ilk dəfə belə bir turnirin təşkil edildiyini və rəqabətin kifayət qədər yüksək olduğunu bildirdi:

– Yarış dağ xizəyinin nəhəng slalom növündə keçirilirdi. Yarışda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistandan 50-yə yaxın idmançı iştirak edirdi. Turnirdə təşkilatçılıq yüksək səviyyədə idi. Mükafatlar uğrunda gərgin mübarizə getdi. Sevinirəm ki, mükafatçılar sırasında yer tuta bildik.

Şahdağ Xizək Məktəbinin direktoru hazırda xizək idman növləri üzrə aşağı yaş qruplarında çoxlu perspektivli idmançıların yetişdiyini vurğuladı:

– Şahdağ Xizək Məktəbinin nəzdində Şahdağ Xizək Klubu yaradılıb. Respublikanın ayrı-ayrı şəhər və rayonlarında klubumuza bu idman növlərinin sirlərini öyrənmək çoxlu uşaq və yeniyetmələr gəlirlər. Onların arasından ən bacarıqlıları seçib, üzərində işləyir, idmançı kimi yetişdiririk. Artıq bir sıra yarışlarda uğurlar da qazanmışıq. Bu ilin yanvar ayında Ərzurumda keçirilən beynəlxalq turnirdə iştirak edən komandamız yekun nəticədə ilk 10-da qərarlaşdı. Rəqabətin çox yüksək olduğu yarışda, bu, komandamız üçün yaxşı nəticədir. Özbəkistanın Amirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk Türk Dövlətləri Kubokunda isə yığmamız 2 mükafat qazandı. Təmsilçilərimizdən Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib oldular. Artıq bu idman növü üzrə bacarıqlı atletlərimiz yetişir. İnanıram ki, gələcəkdə böyük nailiyyətlər əldə edəcəyik.

Nurlan Abdulov da yarışla bağlı təəssüratlarını bölüşdü:

– Rəqiblər arasında çox güclü idmançılar var idi. Onlardan bəziləri vaxtilə Rusiya yığma komandasında iştirak etmiş atletlər idi. Bundan əvvəl yarışlarda iştirak etmişəm. Peşəkar karyeramda ilk belə yarış idi. Gücümüzdən maksimum istifadə etdik. Daha təcrübəli idmançılar arasında yer tutmaq mənim üçün sürpriz oldu. Şahdağ Xizək Mərkəzində belə turnirlərin təşkili üçün dünya standartlarına cavab verən xüsusi xizək zolağı var. Yarışda iştirak edən xarici idmançılar da dönədönə etiraf edirdilər ki, müasir standartlı xizək zolağı onların çox xoşuna gəlib.

Şahdağ Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov mərkəzin 2023-cü ildən Avrasiya Dağ Kurortları Alyansının üzvü olduğunu bildirdi. O qeyd etdi ki, Alyans çərçivəsində təlimçilər arasında ilk belə yarış keçirilib. Yarışda “Şahdağ”la yanaşı, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza-Xutor Dağ Kurortlarının 50-ə yaxın xizəkçisi mübarizə aparıb. Yarışın keçirilməsində məqsəd Alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq, xizək və snoubord idman növlərinə marağı artırmaqdır:

– Azərbaycanda son illər xizək yarışları daha tez-tez təşkil edilir. Bu ilin fevralında Türk Dövlətlərinin Dağ Kurortları İttifaqının təşkilatçılığı ilə türkdilli dövlətlərin xizək yarışı keçirildi. Həmin turnirə Azərbaycandan 7 həvəskar xizəkçi qatılmışdı. Bu yaxınlarda xizək və snoubord üzrə Heydər Əliyev Kuboku yarışları keçirdik. Ötən ildən etibarən həm idmançılar, həm də təlimçilər arasında yarışlar keçiririk.

Qeyd edək ki, martın 4-dən 6-dək Azərbaycan Avrasiya Dağ Turizmi Forumuna ev sahibliyi etdi. Tədbirdə Dövlət Turizm Agentliyinin rəsmiləri, Alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızıstan Respublikalarının 150-yə yaxın turizm nümayəndəsi iştirak etdi. Forumda Alyansın 2025-2026-cı ilə dair fəaliyyət planı, dağ turizminin inkişafı və turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili, Alyans ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olundu.

Beləliklə, Azərbaycanda qış idman növlərinin inkişafı istiqamətində görülən işlər öz miqyasını daha da genişləndirir. Ümid edirik ki, idmançılarımızın sorağı gələcəkdə ən nüfuzlu yarışlardan gələcək.

Leyla QURBANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri