Icma.az
close
up
RU
Qara dənizdə şeirin və gönül dostluğunun görüşü

Qara dənizdə şeirin və gönül dostluğunun görüşü

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

SAMSUN – Qara dənizin incisi Samsun, mədəniyyət və ədəbiyyat dünyasını bir araya gətirən mənalı bir tədbirə ev sahibliyi etdi. Türkiyənin dörd bir yanından gələn şairlər, ozanlar və ədəbiyyat sevərləri; Atatürkün izlərini daşıyan bu qədim şəhərdə eyni könül iqlimində görüşərək unudulmaz bir mədəniyyət şöleni yaşadılar.

İlkadımda keçirilən proqram yalnız bir şeir tədbiri olmaqdan çıxaraq; dostluğun, qardaşlığın və mədəni birliktəliyin güclü simvoluna çevrildi. Şeirin insan ruhuna toxunan səsi, sazın ürəyə işləyən avazı və səmimi söhbətlər gecəyə ayrı bir məna qatdı.

İştirakçılar Samsunun qonaqpərvərliyindən və təşkilatdakı səmimi atmosferdən məmnun olduqlarını bildirərək, tədbirin yaddaşlarda uzun illər yaşayacaq xüsusi bir xatirə buraxdığını ifadə etdilər.

Proqramın həyata keçirilməsində böyük əməyi olan dəyərli Doğan Kan başqanı və hörmətli xanımı Nurgül xanım, gülərüzlü və səmimi ev sahibliyi ilə qonaqların könlündə xüsusi yer qazandı. İştirakçılar bu isti qarşılanmanın onlara sanki ailə ortamında olduqlarını hiss etdirdiyini söylədilər.

Sənətə, mədəniyyətə və ədəbiyyata verdikləri dəstəyə görə İlkadım Bələdiyyə Başqanı hörmətli İhsan Kurnaz’a, İl Mədəniyyət Müdürü hörmətli Kadir Yalnız’a və Samsun Yazarlar Dərnəyinin başqanı hörmətli Ahmet Seven’e də təşəkkür edildi.

Tədbir boyunca səhnəyə çıxan şair və ozanlar əsərləri ilə dinləyicilərə duyğulu anlar yaşatdılar. Anadolunun müxtəlif şəhərlərindən, Azərbaycandan və Kiprdən qatılan sənətçilər; şeirin, mədəniyyətin və sənətin sərhəd tanımayan ortaq bir könül dili olduğunu bir daha ortaya qoydular.

İlkadım səhnəsində yer alan dəyərli ozan və şairlər:

* Ahmet Özbek – Şair (Tokat / Erbaa)
* Ayşe Paslanmaz – Şair (Nevşehir)
* Aygün Rehimli Akbaba – Şair (Azərbaycan / Kars)
* Cemal Toptaş (Dost Cemali) – Ozan (Kayseri)
* Fikret Özkaya – Ozan (Antalya)
* Gökmen Sakin – Şair (Van / Erciş)
* Könül Ordubadi – Şair (Azərbaycan)
* Halise Tekbaş – Şair (Adana)
* İbrahim Düğer – Şair (Kırşehir)
* Mustafa Berçin – Şair (Çanaqqala)
* Mustafa Temel – Şair (Ankara)
* Mustafa Ferit Yıldız – Şair (Kayseri)
* Suzan Aydemir – Şair (Kars)
* Şeyhmus Çiçek – Şair (Kayseri)
* Yahya Azeroğlu – Şair (Antalya)
* Zenfira Kılınç – Şair (Bakı / Azərbaycan)
* Hüsniye Okray – Şair (Kipr)

Tədbirin sonunda edilən çıxışlarda belə mənalı mədəniyyət görüşlərinin cəmiyyətdə birlik, bərabərlik və qardaşlıq duyğularını gücləndirdiyi vurğulandı.

Qara dənizin dalğaları qədər güclü dostluqların qurulduğu bu xüsusi gecədə şeir yalnız misralarda deyil; insanların baxışında, söhbətində və könlündə də əks-səda tapdı. Samsunda qurulan bu könül körpüsünün uzun illər davam etməsi arzusu ilə, təşkilatda əməyi keçən hər kəsə təşəkkür edildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri