Icma.az
close
up
RU
“Qarabağ” afrikalı oyunçulara yüksək maaş verir, yerlilərə şans vermir”

“Qarabağ” afrikalı oyunçulara yüksək maaş verir, yerlilərə şans vermir”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 3-cü turunda “Atletik”lə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəlki matçlarda “Benfika” və “Kopenhagen”ə məğlub olan komanda bu dəfə də qarşılaşmadan məğlub ayrılıb. 

Ağdam təmsilçisi bu görüşdə 0:3 hesabı ilə uduzub. 

Amma komandanın uduzmasından çox heyətində meydana çıxan əcnəbi futbolçular diqqət çəkib. Gənclər Liqasında heç bir hədəfi olmayan klubun legioner cəlb edərək meydana buraxması müzakirə mövzusuna çevrilib. Bu liqada oynayan komandaların əsas hədəfləri uğurdan çox akademiyasında yetişən oyunçulara təcrübə qazandırmaqdır. Onları gələcək üçün yetişdirməkdir. Avropanın nəhəng klubları da Gənclər Liqasına öz yetirmələri ilə qatılır, onlarla uğur qazanmaq istəyirlər. 

Bizdə isə ötən il AFFA U-17 liqasında bombardir olan və bu mövsüm U-19 komandada çıxış edən Əli İbrahimov və Əli Əliyevin avrokubok turnirində şans qazanmır.

Bu barədə həmin oyunçuların yaxınları da saytımıza müraciət edib. Onlar bildirib ki, hər iki oyunçu ötən mövsüm uğurlu çıxış edib və “Qarabağ” U-17 komandasının vurduğu 232 qoldan 102-nin müəllifi olublar. 

Ə.İbrahimov 61 qolla liqanın bombardiri olubsa, Əli Əliyev 41 qolla 3-cü yeri tutub. Həmçinin bu futbolçular müvafiq yaş qruplarında Azərbaycan yığma komandasının üzvləridir. 

“Qarabağ” uğurlu statistikası ilə diqqət çəkən gənc oyunçuları Nigeriyanın “Beyond Limit” akademiyasından vinger Muyideen Olude və hücumçu Toheeb Abiodunla əvəzləyib. Hər iki oyunçu Gənclər Liqası üçün icarəyə götürülüb. Nigeriyalılar ötən gün İspaniyada “Atletik”ə qarşı da meydana çıxdılar və xüsusi oyun göstərməklə fərqlənmədilər. 

Lakin Ağdam təmsilçisinin məşqçiləri buna baxmayaraq onlara şans vermək istəmir. 

Həmçinin futbolçuların yaxınları qeyd edib ki, gətirilən afrikalı oyunçular yüksək maaş alırlar. Yerli oyunçulara isə onlara verilənin yarısı qədər ödəniş edilir. 
Əldə etdiyimiz məlumata görə, nigeriyalı oyunçulardan Toheeb Abiodun Ağdam təmsilçisinə zədəli gəlib. Hətta o, tibbi yoxlanışdan keçdikdən sonra oynamasının təhlükəli olduğu bildirilib və hazırda da müalicə alır. T.Abiodun ötən gün “Atletik”lə matçda meydana zədəli halda çıxıb. Ona matçdan öncə iynə vurulub. 

İllərdir Azərbaycanda uşaq futbolunun inkişafına təkan lazım olduğu barədə müzakirələr gedir. Gənclər Liqasında heç bir hədəfi olmayan klublarımızın əcnəbi oyunçulara şans verməsi isə suallar doğurmalıdır. Əgər bu gün aşağı yaş qruplarındakı futbolçuların inkişafını istəyiriksə, onlar bu cür matçlarda, turnirlərdə meydana çıxmalıdır. Heç bir legioner bu oyunçuların yerində oynadılmamalıdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri