Qarabağ ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəllidir YENİLƏNİB
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəlli olub.
525.az-ın məlumatına görə, "köhlən atlar"ın III səbətdən "Ayaks" (Niderland) və "Napoli" (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.
Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin "Çelsi" və "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" (Frankfurt, Almaniya) klublarına rəqib olub.
xxx
Hazırada Monakoda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində "Qarabağ"ı təmsil edən şəxslər müəyyənləşib.
525.az xəbər verir ki, püşatma mərasimində Ağdam təmsilçisinin vitse-prezidenti Fevzihan Aras, baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, idarə heyətinin üzvü Asif Əsgərov, əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, komunikasiya departmentinin rəhbəri Anar Hacıyev iştirak edir.
Qeyd edək ki, "köhlən atlar"ın Liqa mərhələsindəki rəqibləri az sonra bəlli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 28 Avqust 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















