Qarabağ la Traktor arasında yoldaşlıq oyunu Xankəndi stadionunda keçirilsin TƏKLİF
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan futbolunun aparıcı klublarından olan "Qarabağ"la İran çempionu, Təbrizin "Traktor" klubu arasında yoldaşlıq görüşünün keçirilməsi gündəmdədir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu məsələyə müsbət yanaşsa da, oyunun baş tutmasının müəyyən amillərdən asılı olduğunu deyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında komanda.az saytının baş redaktoru Rəşad Ergün qeyd etdi ki, "Qarabağ" bu mövsüm Azərbaycan, Təbrizin "Traktor" komandası isə İran çempionu oldu.
"Bu iki komanda arasında yoldaşlıq oyununun keçirilməsi Şimali ve Cənubi Azərbaycan azarkeşləri üçün möhtəşəm bir matç olar. Özü də, Xankəndi stadionunda. Əminəm ki, bunu hər iki klubun azarkeşləri çox istəyər. Amma təbii ki, indiki halda reallaşması çətin görünür. Hər halda, düşünürəm ki, "Qarabağ" qarşıdakı zamanda "Traktor"la yoldaşlıq oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər",- deyə o bildirdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















