Icma.az
close
up
RU
Qarabağ Regional DOST Evi şöbəsində benefisiarların qəbulu ilə bağlı Qiymətləndirmə Komissiyası keçirilib FOTO

Qarabağ Regional DOST Evi şöbəsində benefisiarların qəbulu ilə bağlı Qiymətləndirmə Komissiyası keçirilib FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Regional DOST Evi şöbəsinə benefisiarların ilk qəbulu keçirilib.

Moderator.az xəbər verir ki, Qarabağ Regional DOST Mərkəzində yerləşən şöbəyə qəbul üçün 38 vətəndaş müraciəti qeydə alınıb. Qiymətləndirmə Komissiyası tərəfindən iclasda iştirak edən 27 nəfərin müraciəti dəyərləndirilərək, bacarıqları yoxlanılıb. Onlar Floristika, Kulinariya, Təsviri incəsənət, Xalçaçılıq, toxuma və tikmə, Bədii oyma və Dərzilik  istiqamətləri üzrə təlimlərə yönəldiliblər.

Şöbəyə qəbul üçün Bərdə ilə yanaşı, Ağdam şəhəri, Tərtər rayonu və ətraf kəndlərdən də vətəndaşlar müraciət edib. Burada bölgədə yaşayan həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsi, peşə vərdişlərinin təkmilləşdirilməsinə dəstək göstəriləcək.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla başa vuran 3 benefisiar hazırda Qarabağ "DOST Evi" şöbəsində təlimçi kimi fəaliyyətə cəlb olunub. Bu da həssas əhali qruplarına aid, xüsusilə əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, sosial rifahının yaxşılaşdırılması istiqamətində göstərilən dəstək tədbirlərinə töhfə olacaq. Şöbədə fəaliyyət göstərəcək təlimçilər və digər işçilərin əksəriyyəti də əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplar arasından seçilir.

Qarabağ Regional DOST Evi şöbəsinə qəbul prosesi hazırda davam etdirilir. Əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları,  valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvləri müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar ilkin növbədə həmin ərazi üzrə DOST Mərkəzləri və SXA-nın yerli nümayəndəliklərində qeydiyyatdan keçməlidirlər.      

Təlim müddətini uğurla başa vuran şəxslərə sertifikatlar veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri