Qarabağ rəsmisi: Juninyonun Flamenqoya mümkün transferinə bu həftənin sonuna kimi aydınlıq gələcək
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın futbolçusu Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna mümkün keçidi ilə bağlı bütün məsələlərə bu həftənin sonuna kimi aydınlıq gələcək.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, hazırda danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, Braziliya mətbuatı "Qarabağ"ın 28 yaşlı hücumçu üçün "Flamenqo"nun 4 milyon avroluq təklifini rədd etdiyini yazıb. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Juninyonun Flamenqoya keçidində problem yarandı? müddət uzadıldı, bu matçlarda...
15 Yanvar 2025 11:15
Olavio Juninyonun Flamenqoya keçidi tamamlandı Həyat yoldaşı Azərbaycan xalqına təşəkkür etdi
14 Yanvar 2025 09:16
Qarabağ Flamenqoya hə dedi Juninyo bu qiymətə satıldı
12 Yanvar 2025 08:49
“Qarabağ” Juninyonun gedişini TƏSDİQLƏDİ
13 Yanvar 2025 22:13
“Qarabağ” Juninyonun ayağını açdı
08 Fevral 2025 11:44

