Icma.az
close
up
RU
Qarabağ səfəri haqqında təəssuratlar

Qarabağ səfəri haqqında təəssuratlar

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. 30 ilə yaxın davam edən işğaldan sonra da bu yerlər öz tarixi əzəmətini qoruyub saxlamış, bu gün də bura axın edən saysız-hesabsız vətəndaşların və əcnəbi turistlərin diqqətini cəlb etməkdədir. Qarabağdakı milli irsimizin bir hissəsi ilə tanış olmaq, onun füsunkar təbiətini və mənzərələrini öz gözlərimlə görmək üçün “Təxəyyül Art Group” un sənət üzvləri ilə birgə “Doğma Qarabağım” adlı yaradıcılıq gəzintisində mən də iştirak etdim. Bu möhtəşəm turun təşkilatçıları isə qrupun rəhbəri  - xalçaçı rəssam - Natiq Nəcəfzadə, qrup müavini - rəssam, qrafik dizayner - Vüsalə Yunusova idi. İlk növbədə, Ağdam şəhərində yerləşən şəhidlər xiyabanı ziyarət olundu, şəhidlərimizin ruhuna dualar oxundu. Sonra, Ağdam Cümə Məscidinə yola düşdük. Məscidi ziyarət edənlər arasında II Qarabağ müharibəsinin qaziləri, veteranları və şəhid ailələri də var idi. Burada xatirə şəkilləri çəkdirdikdən sonra, yolumuza davam etdik.Yol boyu şəhərə gözəllik verən yeni binalara tamaşa etdik. Ağdam müharibə zamanı tamamilə dağılsa da, yeni salınan infrastruktur şəhərə xüsusi yaraşıq verirdi. Daha sonra, Xocalıdan 5 kilometr məsafədə yerləşən Əsgəran qalasına üz tutduq. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan, əzəmətli görünüşə malik bu qala Azərbaycan memarlığının parlaq nümunələrindən hesab olunur. Onu da qeyd edim ki, Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalmış, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan azad edilmişdir. 

Ardınca, Xankəndi və Şuşa şəhərlərini ziyarət etdik. Şəhərin mərkəzində salınmış istirahət guşəsində xeyli dincəldik. Qrupun müavini – Vüsalə Yunusovanın ifasında royalda Azərbaycan Xalq mahnısı “Sarı gəlin” səsləndirildi. Ardınca, “Qaynana” filmindən musiqisi Tofiq Quliyevə, sözləri isə Fikrət Qocaya aid olan “Biz mehriban ailəyik” retro mahnısını dinlədik. 270 illik tarixi olan, el arasında “Xanın kəndi” adlanan Xankəndi şəhəri Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni olmuşdur. XX əsrdə isə Azərbaycanın mədəniyyət və sənaye mərkəzi kimi inkişaf etmişdir. Qafqazın sənət məbədi, Azərbaycan musiqisinin beşiyi adlanan Şuşaya gəzintimizdən isə daha çox danışmaq istəyirəm. Nədənsə bu şəhəri görməyi daha çox arzulayırdım. Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa Qarabağın döyünən qəlbidir. Təmiz havası, gözəl təbiəti ilə insanın ruhunu oxşayan bu şəhəri gəzdikcə gəzmək istəyirsən. Cıdır düzünə gedən yol nə qədər daşlı-kəsəkli və yorucu olsa da, yolun sonunda gözlərimiz önündə açılan bu möhtəşəm tablo məni heyran etdi. Bu yerlərdə ta qədim dövrlərdən cıdır yarışları, çövkən oyundarı keçirilmişdir. Burada Qarabağ xanlarına məxsus atların ayaq izləri var. Cıdır düzündən 200 metr aşağıda dərə boyunca axan Qarqar çayı və insanın gözləri önündə ucalan əzəmətli Kiçik Qafqaz dağlarına açılan mənzərə isə insanı ovsunlayır. Cıdır düzü, onun dillər əzbəri olan gözəlliyi haqqında nə qədər danışsam azdır. O yerləri hiss etmək və təsəvvür etmək üçün sadəcə gedib görmək bəs etmir, həm də qarış-qarış gəzəsən gərək. Bu təəsuratlardan ayrılıb yola düzəldik. Ardınca, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksi, öz möhtəşəmliyi ilə seçilən Yuxarı Gövhər Ağa məscidi, dahi şəxsiyyətlərimiz - Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün işğal zamanı güllələnmiş heykəlləri və Şuşa qalasına baş çəkdik. Qala ilə tanış olduq, şəkillər çəkdirdik. Sonda qrup üzvlərinə sertifikatlar təqdim olundu. 

Ən böyük arzularımdan biri isə Laçını və Kəlbəcəri görməkdir. Hamı kimi, Tanrı məni arzularıma çatdırsın. Amin!

Fidan SALMANOVA
Qarabağ-Bakı-Qarabağ
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri