Icma.az
close
up
RU
Qarabağ Universitetinin ilk beynəlxalq elmi jurnalı təsis edildi

Qarabağ Universitetinin ilk beynəlxalq elmi jurnalı təsis edildi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Qarabağ Universitetinin təşəbbüsü ilə təsis olunan ilk beynəlxalq elmi jurnal - “Biophysics and Beyond”un ilk buraxılışı işıq üzü görüb.
Demokrat.az
xəbər verir ki, “Biophysics and Beyond” bioloji sistemlərin fizika elmi prizmasından araşdırılmasına həsr olunan beynəlxalq resenziyalı (peer-reviewed) elmi nəşrdir. Jurnal biologiya, fizika, mühəndislik və hesablama elmlərinin kəsişməsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin yayımlanmasını nəzərdə tutur.
Nəşrin əsas məqsədi molekulyar, hüceyrəvi və sistem səviyyəsində bioloji proseslərin fiziki prinsiplərinin öyrənilməsinə, multidissiplinar elmi yanaşmaların təşviqinə, həmçinin innovativ tədqiqat metodlarının inkişafına töhfə verməkdir.
Jurnalın redaksiya heyətində Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Malayziya və Misirdən olan alimlər təmsil olunurlar. Bu, nəşrin beynəlxalq elmi əməkdaşlıq prinsiplərinə əsaslandığını və qlobal elmi ictimaiyyətlə inteqrasiyaya xüsusi önəm verdiyini göstərir.
“Biophysics and Beyond” jurnalının ilk buraxılışında biofizikanın müxtəlif istiqamətlərini əhatə edən 7 elmi məqalə dərc olunub. Jurnalda yayımlanan bütün məqalələr açıq giriş (open access) formatında təqdim edilir.
Qeyd edək ki, baş redaktor biofizika sahəsində tanınmış professor, h-indeksi 60 olan alim Rövşən Xəlilovdur. Jurnalın müəllifləri sırasında h-indeksi 54 olan nüfuzlu alimlər də yer alır. İlk buraxılışda, həmçinin Qarabağ Universitetinin Biologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru və jurnalın redaksiya heyətinin üzvü Sabinə Cəfərzadənin “Plant Mediated Synthesis of Biocompatible Fe3O4 Nanoparticles for Magnetic Hyperthermia Therapy” adlı elmi məqaləsi də yer alıb. 
Biologiya, fizika, nanotexnologiya, bioinformatika və biofizika sahələrində fəaliyyət göstərən yerli və xarici tədqiqatçılar jurnalda məqalə dərc etməyə dəvət olunurlar. İlk buraxılışı ilə elmi ictimaiyyətin diqqətini çəkən “Biophysics and Beyond” qısa zamanda dünyanın ən nüfuzlu beynəlxalq elmi bazalarına və qlobal indekslərinə daxil olmağı hədəfləyir. 
Jurnalın cari nömrəsi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://krbujournals.az/journals/biophysics-and-beyond
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri