Qarabağ Universitetinin elmi fəaliyyəti genişləndirilir
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mühüm məsələlərdən biri gələcək elmi tədqiqatlarımızda postmüharibə dövrü ilə bağlı araşdırmaların gücləndirilməsidir".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci ilin elmi yekunlarına həsr edilmiş ümumi yığıncağında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bütün sahələr üzrə, xüsusilə insanların psixi diaqnostikası, psixi reabilitasiyası və müalicəsi istiqamətində elmi fəaliyyət genişləndirilməlidir:
"Bu işlərdə istər Tibb Universiteti, istər psixologiya kafedraları, istərsə də Qarabağ Universitetinin tibb fakültəsi fəal iştirak etməlidir. Söhbət yalnız psixoloji yardımdan deyil, ümumilikdə kompleks psixi tədqiqatların gücləndirilməsindən gedir".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 Fevral 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















