Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Qarabağda dalğalanan üçrəngli bayrağımız milli gücümüzün əzəmətli nümayişidir

Qarabağda dalğalanan üçrəngli bayrağımız milli gücümüzün əzəmətli nümayişidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

20 sentyabr ölkəmizin ərazi bütövlüyünün və milli həmrəyliyin təntənəsini ifadə edən əlamətdar tarixlərdən biridir. Həmin gün, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin taleyində yeni mərhələnin başlanğıcını simvolizə edir.2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər Qarabağın böyük hissəsinin işğaldan azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələnin başlanmasına şərait yaratdı. Lakin 2023-cü ilin sentyabrına qədər bölgədə mövcud olan qanunsuz silahlı birləşmələr və separatçı rejim Azərbaycanın suverenliyinin tam təmin olunmasına mane olurdu.2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpasını təmin etdi. Bununla da uzun illər ərzində ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri – ərazi bütövlüyünün tam bərpası reallığa çevrildi. Məhz bu tarix Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və qanunun aliliyini təmin etməsinin, separatizmin və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulmasının təcəssümüdür.Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Üçrəngli bayrağın Qarabağda dalğalanması xalqımızın onilliklər boyu davam edən arzusunun gerçəkləşməsi ilə yanaşı, dövlət suverenliyinin təsdiqinə çevrildi. Bu məqsədin reallaşması uzun illər ərzində aparılan ardıcıl siyasi, diplomatik, iqtisadi və hərbi fəaliyyətin məntiqi nəticəsi idi.Qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıdışının təmin olunması və bu ərazilərin ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyasıdır. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir.Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması həmin şəhərlərin müasir tarixində baş verən fundamental dəyişikliklərin ifadəsidir. Bu gün Qarabağda müasir şəhərsalma prinsiplərinə əsaslanan, sosial xidmətlərə əlçatanlığın təmin edildiyi, nəqliyyat və kommunikasiya infrastrukturu ilə təmin olunan, iqtisadi fəallıq və məşğulluq imkanları yaradan yeni yaşayış məkanları formalaşdırılır.Böyük Qayıdışın mahiyyəti məhz burada özünü daha aydın göstərir. İnsanların doğma torpaqlarına qayıtması prosesin başlanğıcıdır. Həmin ərazilərdə davamlı həyatın qurulması isə əsas məqsəddir. Məktəblərin, bağçaların, tibb müəssisələrinin, yolların, enerji və kommunikasiya xətlərinin yaradılması, sahibkarlıq və məşğulluq imkanlarının genişləndirilməsi qayıdışın uzunmüddətli xarakterini təmin edir. Qarabağın gələcəyi yalnız yaşayış məkanlarının deyil, eyni zamanda təhsil, elm, mədəniyyət, iqtisadiyyat və sosial həyatın inkişaf etdiyi bütöv bir regionun formalaşdırılması üzərində qurulur. Bir tərəfdə onilliklər ərzində davam edən işğalın, məcburi köçkünlüyün və dağıntıların ağır izləri, digər tərəfdə isə yenidən qurulan şəhərlər, bərpa olunan kəndlər, fəaliyyətə başlayan təhsil müəssisələri, çəkilən yollar və doğma torpaqlarına qayıdan insanlar var.Xankəndidə tələbələrin təhsil alması, Xocalıda keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə qayıtması, Xocavənd kəndlərində yeni məskunlaşmaların həyata keçirilməsi, Ağdərədə inzibati və sosial həyatın formalaşdırılması eyni prosesin – Böyük Qayıdışın müxtəlif təzahürləridir. Beləliklə, 20 sentyabr tarixi dövlət suverenliyinin tam bərpasını, Qarabağda qanunun aliliyinin təmin edilməsini, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni inkişaf yoluna çıxmasını özündə birləşdirir.Qarabağda yeni həyatın qurulması Azərbaycanın tarixi yaddaşını qorumaqla yanaşı, gələcəyə inamla və aydın baxışla irəlilədiyini nümayiş etdirir. Bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, insanların doğma yurdlarına qayıdışı, müasir yaşayış və sosial mühitin formalaşdırılması 20 sentyabrın yalnız tarixi hadisə deyil, həm də Azərbaycanın dövlətçilik iradəsini, suverenliyini və gələcəyə hesablanmış inkişaf baxışını ifadə edən əlamətdar gün olduğunu göstərir. Zaman keçdikcə bu tarixi günün mahiyyəti, onun daşıdığı milli və dövlətçilik dəyərləri gələcək nəsillərin yaddaşında yaşayacaqdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri