Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qarabağda qalanan tonqallar Qələbə tonqallarıdır ANALİZ

Qarabağda qalanan tonqallar Qələbə tonqallarıdır ANALİZ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə həyat yenidən dirçəlir 



Tarixi Zəfərimizin parlaq nəticəsi olan Böyük Qayıdış uğurla davam edir. Keçmiş məcburi köçkünlərimiz indi Qarabağ və Şərqi Zəngəzurun şəhərlərinə, kəndlərinə geri dönürlər. Qayıdış prosesinin davamlı hal alması, soydaşlarımızın 30 illik işğal və həsrətdən sonra yenidən öz doğma yurd-yuvalarına qovuşması sözsüz ki, hər birimizin ürəyini dağa döndərir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun və qəhrəman qazilərimizin qazandığı böyük Qələbənin sayəsində son aylarda, son günlərdə "Xocalıya daha bir köç gerçəkləşdi", "Xankəndi Böyük Qayıdışın növbəti ünvanıdır", "Cəbrayılda bayram tonqalı alovlandırıldı” kimi gözümüzü, könlümüzü sevindirən xəbər başlıqlarına tez-tez rast gəlirik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 18-də Ağdərə rayonuna səfəri çərçivəsində Həsənriz kəndində ilk dəfə bayram tonqalını alovlandırması, həmçinin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirakı, həqiqətən də, tarixi hadisələrdir. İlaxır Çərşənbəsini dövlət başçısı ilə birgə qarşılamaq, bayram tonqalının işığına toplaşmaq, Suqovuşan, Həsənriz sakinlərinin yaddaşında xoş xatirələrə çevriləcək. Dövlət başçısı Suqovuşan kəndinin sakinləri ilə görüşüb söhbət edərkən bir sıra mühüm məqamlara toxundu. Sakinləri bayram münasibətilə təbrik edən dövlət başçısı Suqovuşan kəndinin İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilən ilk kənd olduğunu bildirdi və qeyd etdi ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalayarkən buraya insanların köçürülməsi üçün şərait yaradılmasına göstəriş verib: "Xatırlayıram ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər". Prezident Suqovuşanın işğalçılardan azad edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu, bunun Ordumuza və bütün xalqımıza böyük ruh yüksəkliyi gətirdiyini bildirdi. O, hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etməyin böyük qəhrəmanlıq və fədakarlıq tələb etdiyini vurğuladı və öz canlarından keçərək bu şərəfli missiyanı yerinə yetirən şəhidlərimizə Allahdan rəhmət dilədi: "Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".


Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, qələbəmizin tamlığı məsələsi, doğrudan da, üzərinə vurğu ediləcək çox önəmli məsələdir. Ekspertin sözlərinə görə, regionumuzdakı və dünyadakı bir çox acı təcrübələr də bu məsələnin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir: 


"Uzağa getməyək, qonşu Gürcüstan uzun illərdir ki, öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, lakin heç bir nəticəyə nail ola bilmir. Həmçinin, Moldova da 30 ildən çoxdur ki, Dnestryanı ərazinin separatçılıq səylərinin qarşısını ala bilmir. Ukraynanın acınacaqlı durumu isə göz qabağındadır. Bu mənada, Prezidentin də vurğuladığı kimi, 44 gün ərzində düşməni böyrü üstə qoymaq, həqiqətən də, xalqımızın, dövlətimizin və ordumuzun gücünü göstərir. 2023-cü ilin 19-20 sentyabrında gerçəkləşən lokal antiterror əməliyyatının parlaq nəticəsi isə 44 günlük müharibədəki Zəfərimizi taclandırdı. Bəli, 30-33 il ərzində məcburi köçkünlük həyatının bütün sıxıntılarını bilavasitə öz üzərlərində hiss etmiş soydaşlarımızın əzab-əziyyət içərisində yaşamalarına artıq son qoyulur. Azad edilmiş ərazilərimiz dövlətimizin gücü, dövlət başçımızın iradəsi ilə bərpa olunur, yenidən qurulur. Torpaqlarımızda həyat yenidən dirçəlir. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə qalanan tonqallar Novruz tonqalı olmaqla bərabər, həm də Qələbə tonqallarıdır. Xalqımızın ən əziz bayramı olan Novruz bayramı azad edilmiş ərazilərdə ikinci dirçəlişini yaşayır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri