“Qarabağ”dan “Atletik”lə oyunla bağlı bəd xəbər: üç gün sonra... azarkeşlərin nəzərinə!
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin 3-cü tur matçında “Atletik”in qonağı olacaq. Ağdam təmsilçisi oktyabrın 22-də keçiriləcək oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
“Football-plus.az” xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesabı vasitəsilə yaydığı məlumatda “iticket.az” saytında görüş üçün vauçerlərin satışa çıxarıldığını bildirib. İş ondadı ki, “köhlən atlar” satışın oktyabrın 19-da özlərindən asılı olmayan səbəblər üzündən dayandırılacağını diqqətə çatdırıb.
Bu o deməkdi ki, “Qarabağ”ı İspaniyada, dəqiq desək, “Estadio de San Mames” stadionunda dəstəkləmək istəyən tərəfdarların bilet almaq üçün cəmi 3 gün vaxtı qalıb.
Əlbəttə, həmin biletləri almaq üçün tələsməyə dəyər. Ona görə ki, ilk iki matçda parlaq qələbələr qazanan ağdamlıların Bilbaodan da xalla qayıtmaq ehtimalı az deyil. Öz aramızdı, kim həmin hadisənin canlı şahidi olmaq istəməz?!
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















