“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
"Sport-Express" nəşri xəbər verir ki, 30 yaşlı hücumçu Mahaçqala "Dinamo"sunun maraq dairəsinə düşüb.
Mövsüm başa çatar-çatmaz "Qarabağ"dan ayrılan Şeydayev azad agentdir. Rusiya klubu hazırda forvardla danışıqlar aparır.
Ramil ötən mövsüm "Qarabağ"ın heyətində 11 oyun keçirib, 2 qol və 1 assistlə yadda qalıb.
Qeyd edək ki, Rusiyanın "Zenit" klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl həmin ölkədə "Rubin", "Krılya Sovetov" və Moskva "Dinamo"sunun da formasını geyinib. Futbolçu Türkiyə, Slovakiya və Tailandda da legioner həyatı yaşayıb. O, həmçinin "Sabah" və "Neftçi"də çıxış edib. /milli.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 29 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















