Icma.az
close
up
RU
Ramil Şeydayev: Qarabağ karyeramın əsas klublarından biridir

Ramil Şeydayev: Qarabağ karyeramın əsas klublarından biridir

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Soçi"nin yeni transferi Ramil Şeydayev Rusiya klubun mətbuat xidmətinə müsahibə verib.

Sportal.az xəbər verir ki, millimizin formasını geyinmiş hücumçu Rusiyadakı hədəflərindən də bəhs edib. 

-  Ramil, “Soçi”yə xoş gəlmisən! Kluba keçidin necə alındı? Təklif barədə çox düşündün?

- İlk növbədə, çox sağ olun. Burada olduğum üçün şadam, komandaya kömək etmək istəyirəm. Təklif gəldi və çox düşünmədim. Hər şeyi müzakirə etdik, danışdıq və belə də alındı. Nəticədə özümü burada tapdım.

- Artıq bir neçə gündür komanda ilə məşq edirsən. Adaptasiya prosesi necə gedir? Futbolçulardan kimləri əvvəldən tanıyırdın?

- Hər şey əla gedir. Ümumiyyətlə, Rusiyada mənim xüsusi adaptasiyaya ehtiyacım yoxdur. Futbolçulardan Maks Kuzmini və İqor Kalinini tanıyırdım. Düşünürəm ki, digər oyunçularla da heç bir problem olmayacaq. Çox mehriban kollektivdir.

- Son rəsmi matçını bir neçə ay əvvəl keçirmisən. Hazırkı fiziki durumunu necə qiymətləndirirsən və optimal formaya çatmaq üçün nə qədər vaxt lazım olacaq?

- Formamla bağlı sualı daha yaxşı məşqçilərə vermək olar. Onlar bunu məşqlərdə görəcəklər. Təbii ki, istənilən halda forma toplamaq lazımdır və hazırda bunun üzərində çalışıram. Artıq lazımi fiziki hazırlıq səviyyəsinə yaxınlaşıram. Ümid edirəm ki, hər şey çox tez qaydasına düşəcək.

- Rusiya, Slovakiya və Azərbaycan çempionu olmusan. Bu çempionluqlardan hansı sənin üçün daha xüsusi yer tutur?

- Yəqin ki, “Qarabağ”la Azərbaycanda qazandığım çempionluq. Həmin mövsüm bütün il ərzində oynadım, böyük iş gördüm və çempionatın ən yaxşı bombardiri oldum. Yəqin ki, məhz həmin titul mənim üçün ən xüsusidir.

- Karyeran ərzində beş ölkədə – Rusiya, Azərbaycan, Türkiyə, Slovakiya və Tailandda çıxış etmisən. Sənin fikrincə, bu çempionatlar bir-birindən nə ilə fərqlənir?

- Ümumiyyətlə, futbol hər yerdə az-çox eynidir. Yəqin ki, əsas fərqlər iqlim şəraiti və insanların mentaliteti ilə bağlıdır. Haradasa futbol matçlarına daha çox, haradasa isə daha az tamaşaçı gəlir. Amma ümumilikdə düşünürəm ki, futbol hər yerdə futboldur.

- Karyeranda “Qarabağ”ın xüsusi yeri var. Bu kluba üç dəfə qayıtmısan. Bu necə baş verdi? “Qarabağ”ı karyeranın əsas komandası hesab edirsənmi?

- Hər dəfə fərqli səbəblər və fərqli şərtlər olub. Bu barədə uzun danışmaq olar, çünki hər vəziyyətdə hadisələr fərqli cərəyan edib. Amma əlbəttə, “Qarabağ” karyeramın əsas klublarından biridir.

- Məhz “Qarabağ”ın heyətində avrokuboklarda debüt etdin və beynəlxalq arenada mütəmadi çıxış etdin. Bu oyunlar sənin üçün nə ifadə edirdi?

- Onları tez-tez xatırlamıram, amma əlbəttə, avrokuboklar həmişə möhtəşəm və çox maraqlıdır. Həm Çempionlar Liqası, həm də Avropa Liqası əla turnirlərdir. Həm evdə, həm də səfərdə oynamaq xoşdur. Böyük marağın olduğu və xüsusi atmosferin yaşandığı oyunlardır.

- Rusiya yığmasının aşağı yaş qruplarında Avropa çempionu olmusan, daha sonra isə Azərbaycan millisində çıxış etmək qərarı vermisən. Bu qərarı qəbul etmək sənin üçün nə dərəcədə çətin idi?

- Ətraflı danışsam, bu, çox vaxt aparar. Əlbəttə, bu barədə düşündüm və qərarı dərhal vermədim. Rusiya U-21 millisindən Azərbaycan milli komandasına keçdim. Hər şeyin belə alınmasına qətiyyən peşman deyiləm. Azərbaycan millisində çıxış etdiyim üçün çox şadam. Orada özümü çox yaxşı hiss edirəm. Bura atamın vətənidir.

- Azərbaycan millisində 70-ə yaxın oyun keçirmisən və Almaniya ilə Xorvatiyaya qarşı qol vurmusan. Özün üçün ən yaddaqalan qollar hansılardır?

- Yəqin ki, məhz Almaniya və Xorvatiyaya vurduğum qollar. Bu iki qol ən çox yadda qalanlardır.

- Qarşıdakı mövsümdə Birinci Liqada çıxışla bağlı gözləntilərin nələrdir?

- Ən əsas gözləntimiz Premyer Liqaya yüksəlməkdir. Başqa məqsəd yoxdur.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Avqust 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri