Icma.az
close
up
RU
Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli II yazı

Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli II yazı

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Tam 40 ildən sonra yolum ilk dəfə Ağdərə rayonunun Vəngli kəndinə düşdü! – Vəngli-2


Vəngli kəndi ermnilərin ən çox diqqət yetirdiyi, tikib -qurduğu kəndlərdən biri, bəlkə də birincisi olub.
Niyə? -deyə sual versəniz, cavab üçün deyərəm ki, məqalənin birinci hissəsində kəndin təbii gözəllikləri, mənzərəsi, relyefi və və qədim tarixə malik Gəncəsər məbədi məkanın turizm inkişfına tam uyğun olmasıdır.

Qarabağı işğal etdikləri gündən Qarabağın kəndləri də , şəhərləri də “artsax respublikası”nın büdcəsini “möhkəmləndirmək" üçün istifadə edilib. Daha dəqiq, ermənilər təkcə var olanlarla barışmayıb, əksinə Vəngli kəndində turizmin məhsuldarlığını artırmaq üçün müxtəlif tikinti və quruculuq işlərinə də start veriblər. Vəngliyə böyük yatırımlar qoyan isə erməni separatçıların baş sponsoru, “pul kisəsi”, “qara kassası”, ermənilərin dili ilə desək, “xeyriyyəçi, milyonçu” Levon Ayrapetyan olub.
Tanıtım üçün deyək ki, 1988-ci ildə “öz müstəqilliyini” elan etmiş separatçılara dəstəyi ilə seçilən bir şovinist erməni öz genetikasına uyğun şəkildə öz başından hekayələr uydurur və buna həm özü inanırdı, həm də ətrafındakıları inandırırdı. Çünki o,12 mart 1949-cu ildə Vəngli kəndində anadan olub və özünü 13-cü əsr Alban hökmdarı Həsən Cəlalın varisi sanırdı.( Toplumca xəstədirlər də!) Deməli, bu əbləh Levon 2000-2002-ci illərdə doğulduğu Vəngli kəndi yaxınlığında yerləşən və XIII-cü əsrin ortalarında alban hökmdarı Həsən Cəlal tərəfindən inşa edilən Gəncəsər monastırını təmir etdirir. Bu dini məbəd Qarabağ ermənilərinin memarlıq incisi elan etdirir.
Levon özünün olmayan kəndi “öz dədə-baba” yurdu kimi sevirdi. Kənddəki orta məktəbi bitirdikdən sonra o, sənədlərini Moskva Dövlət Universitetinə verir və fəlsəfə fakültəsində təhsil alır. Uzun illər “Komsomolskaya Pravda”, “Sobesednik” qəzetlərində, “Oqonyok” jurnalında jurnalist kimi çalışır. Amma bir gün də Vəngli kəndini unutmur. Çünki əsl pul qazanmaq, milyonlar əldə etmək üçün əla məkan və fürsət idi.
Tanınmış yazar Həmid Herisçi məqaləsinin birində qeyd edir: "Özünün dediyi kimi, məhz Dağlıq Qarabağda baş verən hadisələr bizneslə məşğul olmasına və separatçılara maliyyə yardımları etməyə təkan verir.
Erməni mediası isə yazırdı:”2016-cı ilin aprel döyüşləri zamanı Ayrapetyan Qarabağdakı bütün hotel-motellərini döndərir qaçqın düşərgələrinə. Vəng kəndindəki “Eklektika”, “Sovin kar” hotellərində yüzlərlə qaçqını müvəqqəti sığınacaqla təmin edir.”
Doğulduğu Vəng kəndində atası Qurgen Ayrapetyanın adını daşıyan, internet sinfi olan müasir məktəbini, üçmərtəbəli uşaq bağçası, mebel fabriki, incəsənət məktəbi, yeni xəstəxana binasını, “Yuniastrum bank”ın filialını, mehmanxana, “Titanik” adlı istirahət mərkəzini, ağac emalı zavodunu inşa etdirdi, müasir yol infrastrukturu qurdu. Bundan başqa, 2007-ci ildə Xaçın çayı üzərində 7 milyon dollar dəyərində su elektrik stansiyasının qurulmasını təmin etdi.
Yəni, bir sözlə, Vəngli kəndi Levon Ayrapetyanın “kurasiyasında” idi, ona məxsus idi.
2008-ci il oktyabrın 16-da “Böyük Qarabağ Toyu” adlı mərasim keçirilib. 675 cütlüyün eyni vaxtda toyunu təşkil edir.
Yadımdaykən deyim, Ayrapetyanın “qeyri-adi” təşəbbüsü ilə hər il Vənglidə “Qarabağ korridası” adlı eşşəklərin yarışı keçirilirdi. Bu “eşşək yarışı” Vənglidə məskunlaşmış erməni sakinlər üçün əyləncəli ənənəyə çevrildi. Niyə də olmasın, Ayrapetyan yarışın mükafat fondunu 2000 dollar müəyyənləşdirmişdi. Qazanan “eşşək” 2000 dollar mükafat alırdı.
Biznes sahəsində etdiyi saxtakarlıqlara görə 2014-cü ildə Rusiyada saxlanılan milyarder , 2016-cı ildə 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edildi.
Dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab edilən Levon Ayrapetyan 2017-ci ildə oktyabrın 18-də cəza çəkdiyi Mordoviyadakı xüsusi rejimli 12 saylı əmək-islah düşərgəsində ölüb.
Bu Levon qalsın ölməyində , keçid edək Vənglidəki tikililərə!
"Tsovin Kar" oteli - 1998-ci ildə tikilməyə başlayıb, 2000-ci ildə hazır olub. Erməni dilindən tərcümədə "Dəniz daşı" oteli deməkdir. Xaçınçayının sahilində yerləşən otel kompleksi dəniz səviyyəsindən 1031 metr yüksəklikdə dağlarla əhatə olunmuş ərazidə yerləşir. Kənd işğaldan azad etdildikdən sonra bizim biznesmenlər oteli yenidən bərpa edərək onu “Ağdərə Riverside otel” adlandırdılar. Otelinin yerləşdiyi ərazidə təbii şəraitdə formalaşmış 4 ədəd yeraltı bulaq yerləşır ki buda tam təbii bulaq suyudur.
Vəngli sözün həqiqi mənasında turizm üçün yaranıb. Beləki, Riverside Ağdərə otelin ərazisində Ailəvi Vəngli İstirahət mərkəzi, Otelin önündə dünya mətbəxinin yeməkləri hazırlanan Riverside Restoranı, həmcinin müasirliyi və tarixi özündə birləşdirən Gəmi restoranı , Balıq restoranı yerləşır.
Gəmi restoranının yarnma tarixi haqqında danışmamışdan əvvəl Riverside otelinin yaxınlığında qayadan oyulmuş aslan başında danışaq.
Beləki, otelin tam yanında, yəni otelə bitişik ərazidə qayaüstü aslan təsvirini də Levon biznesi gücləndirmək məqsədi ilə ora əlavə etdirir.
Aslan qaya heykəlini yaratmaq ideyası Levonun beynində 2006-cı ildə yaranır. Milyarder, erməni rəssam Aram Avaqyanı 2007-ci ildə aslan heykəli üzərində işləməyə sövq edir və arzusuna nail olur.
Hə, indi gələk, ermənilər sevimli "Eklectica" oteli haqqında məlumatlara! Levon Ayrapetyan Qarabağda, xüsusən Vəngliyə maya qoymaqda davam edirdi. O , 2007-ci ildə Qarabağda analoqu olmayan qeyri-adi gəmi restoran -otelin tikintisindən sonra dünyanın tanınmış şəxslərini həmin "Eklectica" otelə(Ermənilər ona “Titanik”də deyirdilər) dəvət edirdi.Əslində bu Qeyri-adi dəniz memarlıq görünüşünə və unikal mebellərə malik bu üç mərtəbəli otelin ən maraqlı yeri bütün görünü ilə birgə zirzəmidəki “Van Qoq” restoranı idi.
2010-cu ilin payızında Ayrapetyanın dəvəti ilə tanınmış italyan müğənni Al Bano da Ağdərənin Vəngli kəndində konsert proqramı ilə çıxış edir. Soyuq hava şəraitində, fonoqram altında çıxış edən Al Bano bu cansıxıcı konsertinə görə, rusiyalı biznesmendən böyük məbləğdə qonorar alır.
Qarabağ ermənilərinin hər il keçirdikləri eşşək yarışlarına da tamaşa edən Al Bano 2013-cü ilin sentyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin təxminən 300 nəfərdən ibarət “qara siyahısı”nda yer alır.( 2013-cü il dekabrın 18-də “Baku Crystal Hall”da İtaliya estradasının əfsanəvi ifaçıları “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı ilə çıxış ediblər. Al Bano da konsertdə çıxış edir)
Bu fotonu alman fotoqraf Matthias Schumann 2007-ci ildə Dağlıq Qarabağda Vank kəndində çəkib. Deyilənə görə, bu da Levonun “başının altından çıxıb”. Bu lövhəni gələn qonaqlara göstərib”qədim erməni xalqını” öyürmüş. Tualet divarına yapışdırılan maşın nömrələri ermənilər tərəfindən öldürülən, eləcə də öz yurdundan məcburi köçkün düşən azərbaycanlılara məxsusdur. İşğalçı ermənilər bunu abidə kimi dünyaya fəxrlə göstərirlər.
Hazırda adını çəkdiyimiz inzibatı binalar və obyektlər dağılıb, istifadəyə yararsız halddır. Bir gün “Ağdərə Riverside otel” kimi onların da yenidən təmir edilərək əhalinin istifadəsinə verilməsi reallaşar deyib, yazını da burad bitiririk!
P.S. Ümid edirəm, Vənglini ömürlərində görməyən soydaşlarımızda təsəvvür yarada bildik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Avqust 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri