Icma.az
close
up
RU
“Qarabağ”ın qapıçısı: “Sevgilim və itim yanımsa olsa, daha xoşbəxt olardım” MÜSAHİBƏ

“Qarabağ”ın qapıçısı: “Sevgilim və itim yanımsa olsa, daha xoşbəxt olardım” MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski sabiq klubu "Stal"ın (Melets) mətbuat katibi Mateuş Prokopiakın suallarını cavablandırıb.
Sport24.az Polşa təmsilçisinin rəsmi saytında dərc olunmuş geniş müsahibənin bir hissəsini təqdim edir…
- Bir müddət əvvəl şərhçilər, jurnalistlər sənin Ekstraklasadakı qurtarışlarına heyran qalırdılar. Bu gün isə "Qarabağ" forması ilə Çempionlar Liqasındakı çıxışın onları təəccübləndirir. Son bir ildə həyatının nə qədər dəyişdiyini düşünürsən?
- Hər oyunda rəqibi dayandırmırdım və bütün matçlarımdan tam razı qaldığımı da deyə bilmərəm. Əlbəttə, müsbət çıxışlar mənfi çıxışlardan daha çox idi. Amma tez-tez düşünürəm ki, həyatda heç nə mümkünsüz deyil. Meletsdə yaşadığım çox anlar var ki, onlar həmişə yaddaşımda qalacaq.
- Polşa millisinə çağırılmağını ailən necə qarşıladı?
- ⁠Atam həmişə karyeramla bağlı hər şeyə çox həyəcanlanır (gülür). O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi.
- Millinin toplanışına gəlirsən və orada Robert Levandovski kimi ulduzlar var. İlk gündə səni necə qarşıladılar? Daha çox dostcasına, yoxsa soyuq münasibətlə?
- ⁠Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Söhbət etdilər ki, komandaya uyğunlaşmağım asan olsun. Bəziləri bir qədər az danışdı. Bu da normaldır, xüsusilə kiçik klubdan gələn futbolçu üçün ilk çağırışda. Ümumilikdə bütün komanda və məşqçilər məni əla qarşıladılar.
- Azərbaycanda klub karyeran necə başladı? "Qarabağ"a keçəndə nə gözləyirdin?
- ⁠Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdir. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.
- Azərbaycandakı həyat şəraiti Polşadan çox fərqlənir?
- Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Mən bilirəm ki, azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur — ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma dediyim kimi, insanlar çox mehribandır. Burada kimisə narahat edə biləcək heç nə yoxdur.
- Sevgilin Azərbaycana gədecəyinizi eşidəndə necə reaksiya verdi?
- Daha çox tanıdığımız və daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. Bəzən Polşadan bir futbolçu böyük kluba düşür, amma bu, hər zaman belə olmur. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram.
- Ev icarəyə götürmüsünüz, yoxsa oteldə qalırsınız?
- ⁠İcarəyə götürmüşəm. Yayda dəyişdim. Əvvəl mərkəzdə yaşayırdım, indi bir az kənara köçmüşəm. Məşqdən kənarda sakit həyatı daha çox sevirəm.
- Məşq sistemi "Stal"dan çox fərqlənir?
- ⁠Polşada olduğum bütün klublardan çox fərqlidir. "Qarabağ"da daha çox məşq olunur. Klubda gündə 7–8 saat vaxt keçiririk. İki nəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqəqədər yüngül yuxu — hamısı klubda. Hər məşqə əvvəlcə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır.
- Çempionlar Liqasında çox yaxşı çıxış edirsiniz. Səviyyənizi necə təsvir edərdin? "Qarabağ" TOP-5 liqalardan hansında daha rahat oynaya bilər?
- ⁠Fransa liqasında. Orada bir neçə komanda hər il çox güclüdür, amma qalanları bizə yaxındır.
- Azərbaycanda azarkeşlər necədir? Stadionlara çox adam gəlir?
- Polşaya nisbətən azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında daha azdır — ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir — amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.
- Komandada qapıçı mövqeyində rotasiya var. Hər oyunda sən oynamırsan...
- Bəli, burada Azərbaycan millisinin qapıçısı da var. O da daim oyun ritmində olmalıdır. Baş məşqçi həmişə çox rotasiya edib və hələ də edir — yalnız qapıçı yox, bütün komanda üzrə. Bəziləri deyir: "Niyə hər oyunda oynamırsan?" — amma 1,5 ildir deyirəm ki, rotasiya hamıya aiddir, tək mənə yox.
- Şahruddin Məhəmmədəliyevlə rəqabətiniz necədir? Sağlam rəqabətdir?
- ⁠Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir.
- Azərbaycanda şəxsi olaraq nəyin çatışmazlığını hiss edirsən?
- Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım.
- Mətbuatda "Roma" və "Borussiya" (Dortmund) kimi klubların səninlə maraqlandığı yazılır. TOP-5 liqalardan həqiqətən maraq var?
- Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda "Stal"dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır.
- Yəni hazırda "Borussiya"nın səni istədiyinə dair rəsmi məlumatın yoxdur?
- Elədir. Heç bir rəsmi məlumat yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri