Qarabağlılar və ya Tatik Papik ... Xankəndində dağ ucaltmaq üçün akasiya meşəsi məhv edilib Video
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Tarixi mənbələrə görə, “Biz dağlarımızıq” abidəsi 1967-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında ucaldılıb. Abidənin ucaldılması üçün isə həmin ərazidə böyük bir akasiya meşəsi məhv edilib.
Əslində ermənilər bu abidənin Qarabağda yaşayan uzunömürlülərin şərəfinə ucaldıldığını deyir və nədənsə ona "erməni abidəsi" deyirlər. Abidənin müəllifi erməni heykəltəraş Sarkis Baqdasaryandır.
Abidə Azərbaycan SSR büdcəsi hesabına Azərbaycan ərazisində ucaldılıb. Amma 1980-ci illərdən sonra ermənilər bu abidəni dünyaya öz tarixi abidəsi kimi sırımağa çalışıb.
2013-cü ilin sentyabrında abidə erməni biznesmen, Karen Avaqumyanın vəsaiti hesabına bərpa edilib.
Bəzi mənbələrə görə, heykəltəraş Sarkis Baqdasaryan abidəni ilkin olaraq “Qarabağlılar” adlandırıb. Ermənilər bu abidəni “Tatik-Papik” adlandırır.
Qeyd etməliyik ki, bu abidənin müəllifindən başqa ermənilərə heç bir aidiyyatı yoxdur.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















