Icma.az
close
up
RU
Qaraciyəri içkidən başqa daha nələr dağıdır?

Qaraciyəri içkidən başqa daha nələr dağıdır?

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.



Qaraciyər təkcə içki içənlərdə alkoqolun təsirindən məhv olmur. Hətta heç içki içməyən insanlarda, qadınlarda belə qaraciyər toxuması məhv ola bilər.

“Medicina” xəbər verir ki, hepatoloq Alla Yujnova bu barədə xəbərdarlıq edib.

“Qaraciyər detoksikasiya, protein sintezi və maddələr mübadiləsində iştirak daxil olmaqla 500-dən çox funksiyanı yerinə yetirən vacib orqanlardan biridir. Qaraciyər də heyrətamiz bir bərpa qabiliyyətinə malikdir, lakin həddindən artıq yüklənirsə, bərpa resursu tükənir.

İnsan artıq yağlar və sadə karbohidratlar yeyirsə, o, alkoqolsuz yağlı qaraciyər xəstəliyinin (QAYQH) inkişaf riski altındadır.

Bu vəziyyətdə yağ hepatositlərdə (qaraciyər hüceyrələrində) yığılaraq iltihaba səbəb olur və fibroza, sirroza və hətta xərçəngə çevrilə bilər.

Eləcə də normal sağlam insan bu qidaları yeyərsə qaraciyər hüceyrələri iltihablaşır:


Fast food və trans yağlar (marqarin, çips, qızardılmış qidalar);

şirin qazlı içkilər;

İşlənmiş ət (kolbasa, sosis);

Fruktoza və şəkər.

Böyük miqdarda şəkər və fruktoza yağ kimi saxlanılan artıq enerji istehsalı yaradır və qaraciyərin yağlanmasına səbəb olur. Bəzi araşdırmalar göstərir ki, artıq çəkili olmasanız belə, şəkər sizin üçün spirt qədər zərərli ola bilər.

Qəbul etdiyimiz dərmanların əksəriyyətini qaraciyər metabolizə edir və onlardan bəziləri hepatotoksikdir.

Bu baxımdan ən təhlükəli dərmanlar bunlardır:

Parasetamol - onun həddindən artıq dozası kəskin qaraciyər nekrozuna səbəb ola bilər;

Antibiotiklər - tetrasiklinlər, eritromisin;

İltihab əleyhinə dərmanlar - ibuprofen, diklofenak.

Statinlər - uzunmüddətli istifadə .

Dərmanların nəzarətsiz istifadəsi, özünü müalicə, xüsusən də ağrıkəsicilərlə müalicə qaraciyərə çox ciddi ziyan vura bilər”.

Viral infeksiyalar (hepatit B və C)

Hepatit B və C xroniki iltihaba səbəb olur və müalicə olunmazsa, siroz və qaraciyər xərçənginə səbəb olur.

İnfeksiya yolları:

Qan vasitəsilə (qeyri-steril alətlərdən istifadə edərkən, transfuziya);

Müdafiəsiz cinsi əlaqə yolu ilə (hepatit B bu şəkildə ötürülür);

Yüksək qan şəkəri və insulin müqaviməti

Bir şəxs qan şəkərinin səviyyəsinə nəzarət etmirsə, prediabet və ya 2-ci tip diabet inkişaf edərsə, bu, orqanizmdə qlükoza mübadiləsini pozur, bu da qaraciyərdə piylərin yığılmasına və qaraciyər piylənməsinin inkişafına kömək edir.


Qaraciyərinizi sağlam saxlamağa nə kömək edir:

gündə 30 dəqiqə fiziki fəaliyyət;

Liftə minmək əvəzinə piyada getmək;

Orta intensivlikdə məşq”.

Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 11 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri