Icma.az
close
up
RU
Qaraciyərin dostu 12 əsas qida

Qaraciyərin dostu 12 əsas qida

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Qaraciyər üçün hansı qidalar faydalıdır?

Gəlin qaraciyər üçün faydalı qidalara qısaca nəzər salaq və sağlam qaraciyər üçün istehlak edə biləcəyiniz qidalarla tanış olaq:

Yaşıl yarpaqlı tərəvəzlər Sitrus meyvələri Zerdeçal (sarıkök) Sarımsaq  Ənginar Çuğundur Kələm Qaragilə Badam Yaşıl çay Kök Rozmarin  Yaşıl yarpaqlı tərəvəzlər

İspanaq və pazı kimi yaşıl yarpaqlı tərəvəzlər yüksək miqdarda C vitamini, dəmir və folat ehtiva edir. Bu maddələr həmçinin qaraciyərdən toksinlərin çıxarılmasına kömək edir və qaraciyərin ümumi sağlamlığını dəstəkləyir. Necə yeməliyik deyə soruşsanız mövsümə uyğun seçdiyiniz yaşıl yarpaqlı tərəvəzləri salatlarınıza əlavə edib, yeməklərinizdə garnitür olaraq istifadə edə bilərsiniz.

Sitrus meyvələri

Bildiyiniz kimi, ən çox sevdiyimiz ləzzətlərdən biri olan sitrus meyvələrində, xüsusilə portağal, naringi, limon və qreyfrutda da yüksək miqdarda C vitamini var. Bu antioksidan xüsusiyyətlər bədəndəki sərbəst radikalları təmizləyərək qaraciyərin sağlamlığını qorumağa kömək edir. Sitrus meyvələrinin bu xüsusiyyətindən faydalanmaq üçün onları tək başına təzə istehlak edə, suyunu sıxaraq içə və ya salatlarınıza əlavə edə bilərsiniz.

Zerdeçal (sarıkök)

İltihab əleyhinə xüsusiyyətlərə malik olan zerdeçal, tərkibindəki curcumin adlı maddə sayəsində qaraciyərdə iltihablanma riskini azaldır və mövcud iltihabların sürətlə sağalmasına dəstək verə bilir. Zerdeçaldan təzə və ya toz halında yeməklərinizdə istifadə edə bilərsiniz.

Sarımsaq

Sarımsağın tərkibində selenium və allisin kimi qaraciyər sağlamlığının qorunmasında mühüm rolu olan maddələr var. Bu maddələr toksinlərlə mübarizədə qaraciyəri dəstəkləyir. Sarımsağın bu xüsusiyyətindən faydalanmaq üçün yeməklərinizdə, şorbalarınızda, hətta qəlyanaltılarınızda və salatlarınızda dadlandırıcı olaraq istifadə edə, gündə 1 diş sarımsağı tək yeməyə cəhd edə bilərsiniz.

Ənginar

Ənginar həm də yüksək miqdarda antioksidant və lif ehtiva edir. Bu liflər bədəndən toksinləri çıxarmağa kömək edir və qaraciyəri sağlam saxlayır. Məhz buna görə də ən çox qaraciyər dostu qidalar arasında yer alan ənginarları mövsümdə bol-bol ala, qaynadıb, zeytun yağı ilə xörək hazırlayaraq və ya salatlarınıza əlavə edərək müxtəlif üsullarla istehlak edə bilərsiniz.

Çuğundur

Antioksidan xüsusiyyətlərə malik bir maddə olan yüksək miqdarda betanini ehtiva edən çuğundur, bu antioksidan xüsusiyyətləri sayəsində qaraciyərin zədələnməsinin qarşısını alır və qaraciyər sağlamlığını dəstəkləyir.

Kələm

Tərkibində güclü antioksidant, antimikrobiyal, iltihab əleyhinə xüsusiyyətlərə malik sulforafan adlı maddənin olduğu qidalardan biri olan kələm də qaraciyərə faydalı qidalardandır. Çünki tərkibindəki bu xüsusi maddə sayəsində qaraciyərdəki toksinlərin sürətlə parçalanaraq atılmasını təmin edir ki, bu da qaraciyərin ümumi sağlamlığını qorumağa kömək edir.

Qaragilə

Flavonoidlər, antioksidantlar və C vitamini ilə zəngin bir meyvə olan qaragilə, bu xüsusiyyətləri sayəsində qaraciyərdəki sərbəst radikalları zərərsizləşdirir, qaraciyərin ümumi sağlamlığını qoruyarkən, qaraciyər yağlanması kimi problemlər riskini də azaldır.

Badam

Yüksək qida lifi, zülal, E vitamini və sağlam yağlar sayəsində badam qaraciyər üçün faydalı qidalar arasındadır. Bu maddələr sayəsində badam qaraciyərdə iltihablanma riskini azaldır və toksinlərin təmizlənməsinə dəstək verir. Həkiminiz əksini söyləmədiyi təqdirdə gündə 1 ovuc duzsuz, xam formada istehlak edə bilərsiniz.

Yaşıl çay

Yaşıl çayın antioksidanlarla zəngin olmadığını hər kəs bilir. Bu xüsusiyyəti sayəsində qaraciyərin piylənməsinin qarşısını ala bilən yaşıl çay, varlığını sağlam şəkildə davam etdirmək üçün qaraciyərdəki fermentləri də dəstəkləyir. Gündə 1 stəkan yaşıl çay içə bilərsiniz.

Kök

Beta-karotin, C vitamini və K vitamini ilə zəngin bir tərəvəz olan kök, bu komponentlər sayəsində qaraciyərin sağlamlığının qorunması üçün vacib olan sərbəst radikalları zərərsizləşdirir. Kökün bu xüsusiyyətindən faydalanmaq üçün onu çiy halda istehlak etmək məsləhət görülür.

Rozmarin 

Flavonoidlər və antioksidantlarla zəngin bir bitki olan rozmarin qaraciyərdən toksinlərin çıxarılmasına kömək edir və qaraciyərin yağlanması riskini mümkün qədər azaldır. Bu təsirlərdən yararlanmaq üçün yeməklərə ədviyyat kimi rozmarin əlavə etmək və ya çay kimi dəmləyib içmək məsləhətdir.

Əhəmiyyətli bir qeyd: Qaraciyər üçün faydalı olduğu bilinən qidaları sadaladıq, lakin əgər siz, xüsusən də qaraciyərinizdə problem varsa, xroniki, ciddi xəstəliyiniz varsa, müntəzəm olaraq dərman istifadə edirsinizsə, xüsusi pəhriz, heç bir məhsuldan, inqrediyentlərdən, o cümlədən yuxarıda göstərilən təbii qidalardan istifadə etməyin. Həkiminizlə məsləhətləşmədən qidaları istehlak etməyə başlamayın, həkiminizin tövsiyələrindən kənara çıxmayın.

Sevinc Hüseynova

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri