Icma.az
close
up
RU
Qaradağ rayonunda “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib

Qaradağ rayonunda “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

23 aprel 2025-ci il tarixində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində YAP Qaradağ Rayon təşkilatının Elm və Təhsil Nazirliyi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil etdiyi “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatları: Vüqar Rəhimzadə, Ceyhun Məmmədov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov,  “İki sahil” TV-nin məsul redaktoru, “91-lər”in nümayəndəsi Tahir Məmmədov, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin rəhbəri Çərkəz Əliyeva və Qaradağ rayonunun məktəb direktorları, təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar mərkəzin foyesində açılmış kitab sərgisi ilə tanış olublar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını salamlayıb və qonaqları təqdim edib. O, Azərbayacn Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini qeyd edərək və bu gün Azərbaycan Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masanın rayon təhsil müssisələri üçün mühüm əhəmiyyət daşıdığını bildirib. YAP Qaradağ Rayon təşkilatının sədri Elm və Təhsil Nazirliyinə, o cümlədən Bakı şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə tədbirin təşkilinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O bugünkü tədbirin əsas məqəsədinin Azərbaycan qanunvericiliyinin əsasını təşkil edən Konstitusiyamızın və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə başa çatan Vətən müharibəsinin qarşılıqlı əlaqəsinin və fəlsəfi məzmununun açılmasından ibarət olduğunu qeyd edib.

Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından gələn qonaqları salamlayıb və ölkəmizin Əsas qanunun qəbulunun 30-cu ildönümü və Vətən müharibəsində qələbənin 5-ci ildönümünün qeyd olunması baxımından “Konstitusiya və Suverenlik İli”nin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, əgər Ulu öndər Heydər Əliyev müstəqilliyin bərpasından sonra ümumxalq səsverməsi yolu qəbul edilmiş ilk Konstitusiyanın yaradıcısıdırsa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də 30 ildən çox düşmən tapdağı altında qalmış ərazilərimizin azad edilməsi ilə başa çatan böyük Zəfərin və Suverenliyimizin tam bərqərar edilməsinin müəllifidir.  

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor, məşhur “91-lər”in nümayəndəsi Vüqar Rəhimzadə 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük əməyi və gərgin zəhməti nəticəsində xaosdan, özbaşınalıqdan və vətəndaş müharibəsindən xilas olan Azərbaycanda qısa müddətdə bütün sahələrdə, o cümlədən qanunvericiliyin təmin olunması istiqamətində həyata keçirilən islahatlar nəticəsində mühüm nailiyətlərin qazanıldığını vurğulayıb. Vüqar Rəhimzadə Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradılmasında oynadığı əsas roldan, Əsas qanunun hazırlanması və qəbulu zamanı çəkdiyi böyük əməkdən, aparılan müzakirələrə geniş şəkildə alimlərin, ziyalıların və xalqın bütün təbəqələrinin cəlb olunmasından və onların səsvermə prosesində fəal iştirakının təmin olunmasında nümayiş etdiriyi yüksək təşkilatçılıq bacarığından və demokratik dəyərlərə sadiqliyindən ətraflı bəhs edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov dünyada gedən gərgin qarşıdurma və münaqişələr fonunda Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və ölkəmizin inkişafından danışıb. Natiq ölkəmizin hərtərəfli inkişafından bəhs edərkən təhsil sahəsində əldə edilən uğurlardan da danışıb və bu sahəyə dövlət büdcəsindən ümumilikdə 5 milyard manat, o cümlədən orta təhsilə 2 milyard manat vəsait ayrıldığını diqqətə çatdırıb.  

 Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış edərək Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin gördüyü böyük işlərdən danışaraq Əsas Qanunumuzda yazılan maddələrin bu gün ardıcıl şəkildə həyata keçirildiyini qeyd edib.
Daha sonra tədbirdə  çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş direktoru, tarixi romanlar müəllifi, tanınmış yazıçı və ictimai xadim Yunis Oğuz, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı İsrafil Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Şəhid  İsmayılzadə Səməndərin anası Fəridə İsmayılova, Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 228 №-li tam orta məktəbin direktoru Səkinə Rzayeva və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini söyləyiblər və bu cür tədbirlərin hər bir təhsil müəssisəsində keçirilməsinin vacib olduğunu qeyd ediblər.

Sonra Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar, YAP sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirdi.
Sonda xatirə fotosu çəkdirildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri