Qaradağda 20 kombayn yolda saxlanıldı Sürücülər ac və susuz qalıb
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) kombaynları Qaradağda saxlanılıb.
Pravda.az xəbər verir ki, bu barədə Musavat.com-a kombayn sürücüləri məlumat verib.
Hazırda 20-yə yaxın kombayn heç bir səbəb göstərilmədən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar ASC-dən verilən göstərişə əsasən Sabirabada taxıl biçininə kömək üçün gedirmişlər.
“6 saatdan çoxdur ki, ac-susuz burada qalmışıq. Nə izah verən var, nə də işə baxan”,- deyə sürücülər bildirib.
Sürücülər əlavə edib ki, onlara heç bir izah verilmir: “Deyirlər ki, göstəriş belədir”.

Qaradağda kilometrlərlə uzunluqda tıxac yarandı Sürücülər yolda qaldı VİDEO
20 Mart 2025 17:34
Qaradağda dairəyə protiv girən sürücülər SAXLANILDI İzahatda görün nə yazıblar VİDEO
04 Mart 2025 13:32
Qaradağda su kəsiləcək
30 Yanvar 2025 18:55
Qaradağda maşın yanıb
07 Mart 2025 21:05
Saatlıda narkoman sürücülər saxlanıldı FOTO
10 Yanvar 2025 11:13

