Qardaşım ağlayaağlaya səs atdı ki...
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Təyyarə qəzasından sağ çıxanlar arasında Balakənin Qullar kəndindən olan Devrişovlar da var.
Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Tofiq Devrişov reanimasiyadadır. Onun oğlu Samir Devrişovun vəziyyəti isə yaxşıdır.
T.Devrişovun həyat yoldaşının sözlərinə görə, əri və oğlu Qroznıda yaşayan digər oğlunun yanına Yeni il bayramını keçirmək üçün gedirmişlər.
"Qardaşım Qroznıya gedəndə yazmışdı ki, yerə enirik. Sonra Qroznıda yaşayan qardaşım ağlaya-ağlaya səs atdı ki, qəza baş verib. Üstündən iki saat keçəndən sonra qəzaya uğrayan təyyarədəki qardaşımla əlaqə saxlaya bildilər. O, yaxşı olduğunu dedi", - Tofiq Devrişovun qızı Günay Hüseynova söyləyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.
Milli.Az
Baxış sayı:145
Bu xəbər 27 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















