Qarpız adı ilə narkotik daşımaq istədilər
Icma.az, Metbuat saytına istinadən bildirir.
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.
Metbaut.az xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib və həmin paletlərdəki qarpız yükünün altından gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram narkotik vasitə - marixuana aşkar edilib.
Bu mövzuda digər xəbərlər:Gömrükdən qarpız adı ilə narkotik keçirmək istədilər Video
04 Fevral 2026 16:13
Kəsilmiş qarpız almayın...
06 Avqust 2025 23:45
Niyə qarpız yeməliyik?
04 İyul 2025 05:02
Qarpız turşusu RESEPTİ
25 Sentyabr 2025 14:32
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər Video
01 Yanvar 2026 12:38
Baxış sayı:57
Bu xəbər 14 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















