Qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi Dövlət başçısı
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-dək bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi.
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə söyləyib.
“Həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















