Qaşınma, səpkilər, qızartı... Ucuz geyimlərin fəsadları
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illər onlayn alış-veriş platformalarına maraq əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com xəbər verir ki, xüsusilə “Temu” və “Shein” kimi platformalarda geyimlərin münasib qiymətə təklif olunması alıcılar üçün cəlbedici görünür.
Lakin bu ucuzluq geyimlərin keyfiyyəti və insan sağlamlığına mümkün təsirləri ilə bağlı ciddi suallar doğurur.
Mövzu ilə bağlı açıqlama verən dermatoloq Tünzalə Əzizli ucuz və keyfiyyətsiz geyimlərin sağlamlığa təsirindən danışaraq qeyd edib ki, belə materiallardan hazırlanan geyimlər dəri problemlərinə yol aça bilər:
“Keyfiyyətsiz materiallardan hazırlanan geyimlər dəridə qaşınma, ekzema, atopik dermatit kimi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Eyni zamanda, müxtəlif mənşəli göbələk xəstəliklərinin yaranma riski də artır. Bu problemlər əsasən qaşınma, səpkilər, qızartı, yanma və göynəmə hissi ilə müşahidə olunur”.
Dermatoloq vurğulayıb ki, bu cür risklərin qarşısını almaq üçün pambıq və digər təbii materiallardan hazırlanan geyimlərə üstünlük verilməlidir:
“Geyimlərin tərkibində polyester və digər sintetik materialların az olması vacibdir. Həmçinin, çox qalın geyimlərdən istifadə tövsiyə olunmur. Çünki dəri tərlədikdə keyfiyyətsiz materiallarla təmas qıcıqlanma hallarına səbəb ola bilər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, quruma həm ucuz, həm də bahalı geyimlərlə bağlı şikayətlər daxil olur:
“Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin sayı həm ucuz, həm də bahalı geyimlər üzrə təxminən eynidir. Bahalı geyimlərlə bağlı şikayətlərin əksəriyyəti geyimlərin rəng verməsi, yəni digər paltarlara boya buraxması ilə əlaqədardır. Ucuz geyimlərdə isə əsas narazılıqlar parçanın tez sıradan çıxması, düymələrin keyfiyyətsiz olması və pis tikilməsi ilə bağlıdır. Bu cür hallar mövcuddur, lakin hər iki kateqoriyada bu səbəblərlə bağlı şikayətlərin sayı nisbətən azdır”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
15 Noyabr 2024 20:47
Uşağınızda qaşınma, qızartı, səpki varsa, bu qidaları verməyin
13 May 2025 17:53
Gözdə qaşınma, yanma, qızartı, bulanıq görmə Səbəblər nələrdir?
29 Aprel 2025 07:22
Dəridə qaşınma nədən xəbər verir?
19 May 2025 12:20
Ayaqlarda qaşınma bu xəstəliklərdən xəbər verir
16 Noyabr 2024 07:33
Baxış sayı:82
Bu xəbər 12 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















