Icma.az
close
up
RU
Qaşıq dolusu zəhər yeyirik KONKRET

Qaşıq dolusu zəhər yeyirik KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Professor Dr. Canan Karatay keyfiyyətsiz karbohidratlarla yüklənmiş qidaların insan sağlamlığına zəhərli təsir göstərdiyi barədə xəbərdarlıq edib. Bu cür qidaların qan şəkərini artırdığını deyən Karatay, müntəzəm olaraq sağlam yağlardan istifadə etməyi tövsiyə edib.

Daxili Xəstəliklər Mütəxəssisi Canan Karatayın sözlərinə görə, çörək, düyü, kartof, makaron, paxlava, xəmir, çay şəkəri, meyvə şəkəri, içdiyiniz şəkərli içkilər, qazlı içkilər bədənə daxil olduqda qan şəkərinizi yüksəldir: “Bunlar insan orqanizmi üçün zəhərdir. Bu zəhərin bədənimizdə uzun müddət qalmaması üçün orqanizm özünü qorumaq üçün mədəaltı vəzidən insulin hormonu ifraz edir”.

Sağlam yağların insan orqanizmi üçün saysız faydası olduğunu ifadə edən Canan Karatay, sağlam yağ istehlak etdiyiniz zaman o yağ bədəninizdə yağ kimi yığılmır, əksinə, arıqlamağa səbəb olur: “Siz də yağ yeyərək bədəndə yığılan piylərdən xilas ola bilərsiniz. Çünki yağ sizi ac qoymur. Yağ, uzun müddət davam edən sağlam enerji təmin edir.

Diabetin təsirlərindən danışan mütəxəssis bildirib ki, şəkər xəstəliyi həmişə genetik olmur, həddindən artıq şəkər istehlakının nəticəsidir.

İnsulin dirənci nədir?

İnsulin müqaviməti, həmçinin pozulmuş insulin həssaslığı olaraq da bilinir, əzələ, yağ və qaraciyər kimi hədəf toxumaların insulinə bioloji reaksiyasının pozulmasıdır. Bu toxumaların insulin hormonuna normal reaksiya verə bilməməsi və qan şəkərini idarə edə bilməməsi insulin müqaviməti kimi tanınan patoloji vəziyyətə gətirib çıxarır. İnsulin müqaviməti adətən şəkərli və unlu xəmir, çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları pəhriz vərdişinə çevirməklə irəliləyir.

İnsulin hormonu qanda şəkərin miqdarını idarə etməyə kömək edir. İnsulin müqaviməti yarandıqda, bədən hüceyrələri insulinə normal cavab verə bilmir. Qlükoza hüceyrələrə asanlıqla daxil ola bilmədiyi üçün qanda toplanır. Bu proses insulin müqavimətini ortaya qoyur ki, bu da qaraciyər yağlanmasına, xüsusilə 2-ci tip diabetə səbəb olmaqla yanaşı, ürək və beyin kimi həyati orqanlara da təsir edərək infarkt və insult kimi xəstəliklərin riskini artırır.

Qanda şəkərin çox olması nəticəsində insulin hormonunun öz funksiyasını yerinə yetirə bilməməsi səbəbindən insulin müqaviməti inkişaf edir. Buna səbəb olan amillərə yüksək kalorili, şəkərli və işlənmiş qidaların qəbulu və idmanın olmaması daxildir.

Bədəndə insulin müqavimətinə səbəb olan amilləri aşağıdakı kimi sıralamaq olar:

– Yüksək kalorili, şəkərli və işlənmiş qidaların istehlakı

– karbohidratla zəngin qidalanma proqramı

– hərəkətin olmaması

– piylənmə

– hipotiroidizm

– akromeqaliya

– Cushing sindromu

– genetik amil.//saglam.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri