Icma.az
close
up
RU
Canan Karatay: Qaşıq dolusu zəhər yeyirik

Canan Karatay: Qaşıq dolusu zəhər yeyirik

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Professor Dr. Canan Karatay keyfiyyətsiz karbohidratlarla yüklənmiş qidaların insan sağlamlığına zəhərli təsir göstərdiyi barədə xəbərdarlıq edib. Bu cür qidaların qan şəkərini artırdığını deyən Karatay, müntəzəm olaraq sağlam yağlardan istifadə etməyi tövsiyə edib.

Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, Daxili Xəstəliklər Mütəxəssisi Canan Karatayın sözlərinə görə, çörək, düyü, kartof, makaron, paxlava, xəmir, çay şəkəri, meyvə şəkəri, içdiyiniz şəkərli içkilər, qazlı içkilər bədənə daxil olduqda qan şəkərinizi yüksəldir: "Bunlar insan orqanizmi üçün zəhərdir. Bu zəhərin bədənimizdə uzun müddət qalmaması üçün orqanizm özünü qorumaq üçün mədəaltı vəzidən insulin hormonu ifraz edir".

Sağlam yağların insan orqanizmi üçün saysız faydası olduğunu ifadə edən Canan Karatay, sağlam yağ istehlak etdiyiniz zaman o yağ bədəninizdə yağ kimi yığılmır, əksinə, arıqlamağa səbəb olur: "Siz də yağ yeyərək bədəndə yığılan piylərdən xilas ola bilərsiniz. Çünki yağ sizi ac qoymur. Yağ, uzun müddət davam edən sağlam enerji təmin edir.

Diabetin təsirlərindən danışan mütəxəssis bildirib ki, şəkər xəstəliyi həmişə genetik olmur, həddindən artıq şəkər istehlakının nəticəsidir.

İnsulin dirənci nədir?

İnsulin müqaviməti, həmçinin pozulmuş insulin həssaslığı olaraq da bilinir, əzələ, yağ və qaraciyər kimi hədəf toxumaların insulinə bioloji reaksiyasının pozulmasıdır. Bu toxumaların insulin hormonuna normal reaksiya verə bilməməsi və qan şəkərini idarə edə bilməməsi insulin müqaviməti kimi tanınan patoloji vəziyyətə gətirib çıxarır. İnsulin müqaviməti adətən şəkərli və unlu xəmir, çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları pəhriz vərdişinə çevirməklə irəliləyir.

İnsulin hormonu qanda şəkərin miqdarını idarə etməyə kömək edir. İnsulin müqaviməti yarandıqda, bədən hüceyrələri insulinə normal cavab verə bilmir. Qlükoza hüceyrələrə asanlıqla daxil ola bilmədiyi üçün qanda toplanır. Bu proses insulin müqavimətini ortaya qoyur ki, bu da qaraciyər yağlanmasına, xüsusilə 2-ci tip diabetə səbəb olmaqla yanaşı, ürək və beyin kimi həyati orqanlara da təsir edərək infarkt və insult kimi xəstəliklərin riskini artırır.

Qanda şəkərin çox olması nəticəsində insulin hormonunun öz funksiyasını yerinə yetirə bilməməsi səbəbindən insulin müqaviməti inkişaf edir. Buna səbəb olan amillərə yüksək kalorili, şəkərli və işlənmiş qidaların qəbulu və idmanın olmaması daxildir.

Bədəndə insulin müqavimətinə səbəb olan amilləri aşağıdakı kimi sıralamaq olar:

- Yüksək kalorili, şəkərli və işlənmiş qidaların istehlakı
- karbohidratla zəngin qidalanma proqramı
- hərəkətin olmaması
- piylənmə
- hipotiroidizm
- akromeqaliya
- Cushing sindromu
- genetik amil.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri