Icma.az
close
up
RU
Qatı sağçı fəal Çarli Kirk öldürüldü

Qatı sağçı fəal Çarli Kirk öldürüldü

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Sui-qəsdin arxasında hansı səbəb dayanır?

Amerikalı siyasi fəal və Prezident Donald Trampın qatı tərəfdarı Çarli Kirk sui-qəsd nəticəsində öldürülüb. O, Yuta Universitetində çıxış edərkən boyun nahiyəsinə atəş açılıb. Atəş nəticəsində tədbir yarıda kəsilib, Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb. Siyasi fəal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Çarli Kirk “Turning Point USA” adlı sağ yönümlü tələbə təşkilatının qurucusudur və ABŞ-da gənclər arasında mühafizəkarlığın təbliğatçısıdır.

Amerika ictimaiyyətində qatı mühafizəkar siyasi fəal, yazar və media nümayəndəsi kimi tanınan Çarli Kirk 1993-cü ildə ABŞ-ın Çikaqo ştatında anadan olub. Qeyd edək ki, Ç.Kirkin siyasətə marağı  kollecdə tələbə olarkən başlayıb - o, 16 və ya 17 yaşında ABŞ Senatına respublikaçı namizəd Mark Kirkin seçki kampaniyasının təşkilatçılardan biri olub. Ç.Kirk universitetə qəbul olunsa da, ali təhsilini davam etdirməyib və 18 yaşından etibarən aktiv siyasi fəaliyyətə cəlb olub - o, 2012-ci ildə “Turning Point USA” (TPUSA) adlı sağ yönümlü tələbə təşkilatının əsasını qoyub. Bu təşkilat ABŞ universitetlərində və kolleclərində gənclər arasında mühafizəkar ideologiyanı və azad bazar iqtisadiyyatı prinsiplərini təbliğ edir.  ABŞ-da geniş siyasi təsir imkanlara malik olan təşkilat hesab olunur. ABŞ KİV-lərinin məlumatına görə, Kirkin TPUSA təşkilatı mühafizəkarlığı dəstəkləyən milyarderlər tərəfindən maliyyələşdirilir. Eyni zamanda Kirk mütəmadi olaraq “Fox News”, o cümlədən  mühafizəkarlığı təbliğ edən kanallarda çıxış edirdi. Çarli Kirkin özünün “The Charlie Kirk Show” adlı məşhur podkastı və radio proqramı da olub. Bu proqram çərçivəsində Ç.Kirk əsasən ABŞ siyasəti, mədəni, dini və ailə dəyərlərinin təbliğatı ilə bağlı mövzulardan danışırdı. Ç.Kirk Donald Trampın güclü tərəfdarlarından biri olub - o, ABŞ-da solçuluğu, liberal ideologiyanı kəskin tənqid edirdi. Kirkin əleyhdarları onu radikal irqçi və dindar olmaqda ittiham edirdilər. “Vaşinqton Post” qəzeti Ç.Kirki ultra-sağ cəbhənin ən öndə gedən simalardan biri hesab edirdi.

Ç.Kirk qatı İsrail tərəfdarı idi - o, çıxışlarında dəfələrlə hazırkı Fələstin torpaqlarının Allah tərəfindən yəhudilərə verildiyini və İsrailin mövcudluğunun və müstəqilliyinin qorunması və təminatında  ABŞ-ın xristianlıq qarşısında öhdəlik daşıdığını bəyan edirdi. Mühafizəkar fəal, həmçinin İsrailin Qəzzada hərbi əməliyyatlar aparmaq haqqı olduğunu qeyd edirdi. Ç.Kirkin Rusiyaya da münasibəti çox müsbət idi və Kremlin rəhbəri Vladimir Putinin  siyasi mövqeyini dəstəkləyirdi. Belə demək mümkünsə, Kirk qatı Putin sevdalısı idi. O, Ukrayna Prezidenti Volodimir Zelenskini qeyri-legitim lider kimi görürdü - bir neçə çıxışında Krım daxil olmaqla Cənub-şərqi Ukrayna ərazilərini Rusiyanın tarixi torpaqları, eləcə də Ukraynanın “süni” dövlət olduğunu qeyd etmişdi. ABŞ-Rusiya münasibətlərinə dair çıxışlarında Ç.Kirk iki nəhəng ölkə arasında diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin bərqərar olmasının zəruriliyini vurğulayıb. 

Artıq Çarli Kirkin öldürülməsi ilə bağlı müəyyən iddialar dolaşmaqdadır. Bəzi iddialara görə, Kirk öz siyasi baxışlarına görə əleyhdarları tərəfindən öldürülüb. Bəzilər isə bu sui-qəsdin ölkə daxilində ciddi çaxnaşma yaratmaq üçün məqsədyönlü şəkildə təşkil edildiyini hesab edir. Amma yayılan iddialara baxmayaraq, Kirkin öldürülməsinin səbəbləri tam və dəqiq sübuta yetirilməyib  - bu, uzun zaman apara bilər. Xüsusilə qeyd edək ki, Kirkə sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılan şəxs sərbəst buraxılıb. 

Sui-qəsddən dərhal sonra Prezident Donald Tramp Çarli Kirki güllələyən şəxs üçün dərhal və əfvsiz ölüm hökmü nəzərdə tutan əmr imzalayıb. Ağ Evin rəhbəri öz “Truth Social” şəbəkə hesabında hadisədən dərin kədərləndiyini qeyd edib - “Böyük və hətta əfsanəvi Çarli Kirk vəfat edib. ABŞ-da gənclərin ürəyini və düşüncələrini Çarli qədər heç kim anlamamışdı. O, hər kəs tərəfindən sevilir və hörmət edilirdi, xüsusilə, mənim tərəfimdən və indi artıq bizimlə deyil. Melanya və mənim başsağlığımız onun gözəl həyat yoldaşı Erika və ailəsinə çatır. Çarli, səni sevirik!” Hadisənin Amerikanı qaranlığa qərq etdiyini bildirən Tramp bu kimi zorakılıq hallarına qarşı mübarizə aparacaqlarını deyib:  “Mənim administrasiyam bu və digər siyasi zorakılıqlarda əli olan hər bir şəxsi, o cümlədən bu əməlləri maliyyələşdirən və dəstəkləyən təşkilatları, eləcə də ölkəmizdə nizam-intizamı təmin edən hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə qarşı çıxanları tapacaq”, - deyə Tramp bildirib.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri