Qayadan yıxılan tələbə baba yurdunu ziyarətə gedibmiş… Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kəlbəcər rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirən 4-cü kurs tələbəsi Elvin Salmanovun ölümünün təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailəsi ilə birlikdə Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşan E. Salmanov əslən Kəlbəcər rayonunun Keşdək kəndindəndir. Kəlbəcərə getməsinin səbəbi də ata-baba yurdunu ziyarət etməsi olub.
O, kəndi ziyarət etdikdən sonra rayon mərkəzinə gedib. Hadisə də məhz orada baş verib. E.Salmanov hündür qayalıqdan yıxılaraq həyatını itirib.
Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi olan mərhum ailənin son beşiyidir. Onun bir bacısı və bir qardaşı var.
Yunis Quliyev


Bu mövzuda digər xəbərlər:FACİƏ: Tələbə Kəlbəcərdə qayadan yıxıldı
13 Fevral 2025 09:04
Kəlbəcərdə qayadan yıxılan 21 yaşlı oğlan ölüb
13 Fevral 2025 10:13
Qayadan yıxılıb öldü
15 Avqust 2025 09:56
Başqırdıstanda 30 metrlik qayadan çaya yıxılan turist sağ qalıb
13 Avqust 2025 14:13
Qəbələdə çoban qayadan yıxılıb
05 Avqust 2025 20:30
Baxış sayı:122
Bu xəbər 13 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















